Bu gün:

Son Şam yeməyi - Leonardo da Vinci


Son Şam yeməyi, şübhəsiz ki, incəsənət tarixindəki ən məşhur rəsmlərdən biridir. Əsər haqqında yazılan bədii romanlar və çəkilmiş bəzi sənədli filmlər ona marağı artırsa da, yanlış məlumatı da artırıb. Əksər sənət tarixçiləri bu əsər haqqında deyilənləri, xüsusən, Den Braunun “Da Vinçi şifrəsi” romanında deyilənləri təhqir kimi qiymətləndirirlər.

Bununla belə, bir mühitdə incəsənət Tarixçisi olduğunuzu qeyd etsəniz, sizə tez gələcək iki və ya üç sual var. Bunlar; Bunlar Son Şam yeməyi, Mona Liza və ya Misir Piramidaları haqqında bəzi yanlış məlumatlara əsaslanan suallardır.

Leonardo Da Vinçi bu əsəri İtaliyanın Milan şəhərindəki Santa Maria Della Grazie monastırının yeməkxanasında çəkib. Kahinlərin nahar etdiyi salona uyğun bir rəsm olması üçün onun mövzusu İsanın şagirdləri ilə son şam yeməyi olaraq təyin olundu.

1495-1498-ci illəri əhatə edən əsər kətan üzərində yağlı boya ilə deyil, divara tempera texnikası ilə çəkilmişdir. Rəssamlıq sənətində bir neçə qırılma nöqtəsi olduğunu desək, 'Son Şam yeməyi' mütləq onlardan biridir. Qərb rəssamlığında ciddi dəyişikliyin başlanğıcı hesab olunur.

Leonardo Da Vinçi ziyalı-filosof İntibah insanını əks etdirdiyi halda, onun yaratdığı bu əsər də qərb mədəniyyətini və maarifini əks etdirir. Səhnə bibliya səhnəsidir.

Əsər əsrlər boyu dəfələrlə bərpa olunaraq ilkin görkəmindən uzaqlaşıb. Da Vinçi Con fiqurunu daha gənc təsvir etmək istəyib və zamanla edilən bərpalarla bu fiqurunu qoruyub saxlamağa çalışarkən, fiqurun quruluşu zədələnmiş ola bilər.

Mənbə: Tarihli Sanat

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et