1410-cu ildə Praqada tikilmiş astronomik saat qülləsi dünyanın üçüncü ən qədim saatı və dünyanın ən qədim işçi saatıdır. Saat tikildiyi dövrün şəhər mərkəzi sayılan İçəri Şəhər meydanında yerləşir.

Bu qüllə sadəcə adi bir saat deyil, eyni zamanda quruluşuna və xüsusiyyətlərinə görə ondan astroloqlar, riyaziyyatçılar və sehrbazlar elmi cihaz kimi istifadə edə bilər. Rəvayətə görə, saat Çex kralının göstərişi ilə o dövrdə məşhur olan usta Hanus tərəfindən hazırlanmışdır. Usta Hanus saat qülləsini inşa edib bitirdikdən sonra qəsdən kor edilir, çünki saatın tikintisi başa çatdıqdan sonra o, dünyada məşhurlaşır və digər ölkələrin kralları da usta Hanusa saat qülləsi dizayn etməyi təklifi etməyə başlayır.
Astronomik Saat Qülləsi 600 illik tarixi ərzində bir neçə dəfə ciddi zədələnmiş və hətta uçmaq təhlükəsi ilə üzləşmişdir. Birincisi, saat 1865-ci ildə baş verən yanğında ciddi zədələnmişdir. İkinci Dünya Müharibəsi zamanı faşistlərin hücumları zamanı və 1945-ci ildə Praqa əhalisinin nasistlərə qarşı üsyanı zamanı qülləyə ciddi ziyan dəyib. Xarab olan saat 1948-ci ildə təmir edilib. Saatın təmirini öz üzərinə götürən “Hainz” şirkəti əvvəlcə bütün sistemi atıb müasir saat sistemi ilə əvəz etmək istəsə də, sonradan yaranan fikir ayrılıqları səbəbindən bu fikirdən vaz keçirlər. Beləliklə, bu qüllə mühəndislik möcüzəsi gələcək nəsillərə miras qalacaq.
Saatın sağ və sol tərəflərində 4 heykəl var və hər heykəl fərqli məna daşıyır:

Əlində güzgü tutan fiqur təkəbbür və lovğalığı təmsil edir. Bir əlində çubuq, digər əlində pul kisəsi tutan yəhudi olan fiqur tamahkarlığı təmsil edir.

Skelet fiquru ölümü təmsil edir və hər saatın əvvəlində əlindəki zəngini çalır. Mandolin çalan türk fiquru həzzi təmsil edir .
Saatın altında daha 4 heykəl var. Bu heykəllər; Əlində teleskop tutan astronom astronomiyanı, qılınc tutan Archangel Michael ədaləti, əlində lələk tutan filosof fəlsəfəni, kitab tutan fiqur isə elm və təhsili təmsil edir.

Mənbə: Tarihli Sanat
Tərcümə etdi: Nəzri Süleymanova
