Bu gün:

Soyuq havalarda sizi xəstəliklərdən qoruyacaq 5 qida


Mövsümi keçidlər zamanı dəyişən hava şəraitinə görə immunitet sistemimiz xəstəliklərə daha həssas olur. Bəs, qış gəlməmiş immunitet sistemimizi gücləndirmək üçün hansı qidaları qida rasionumuza əlavə etməliyik?

Qara üzüm 


Tünd rəngli üzüm sortlarında yüksək miqdarda olan antioksidant– "antosiyanin" maddəsi orqanizmə zərər verən sərbəst oksigen radikallarına qarşı mübarizə aparır və immuniteti möhkəmləndirir. Antosiyaninlərin antioksidan müdafiəni artıraraq xroniki xəstəliklər riskini azaltdığı müşahidə edilmişdir. Bundan əlavə, bu birləşmələr iltihabı aradan qaldırır, DNT zədəsini bərpa edir, xərçəng hüceyrələrinin ölümünə səbəb olur və zərərli radikalları azaldır.

Nar 


Nar tərkibindəki likopen sayəsində immuniteti gücləndirir. Bundan əlavə, likopenin sağlamlıq baxımından ən əhəmiyyətli xüsusiyyəti bir molekul olaraq xərçəngin əmələ gəlməsini azaltmaqda rol oynamasıdır.

Yerkökü


Xüsusilə yerkökü kimi narıncı tərəvəzlərdə olan "karotenoidlər" yüksək miqdarda C vitamini ilə orqanizmi hüceyrə zədələnməsindən qoruyur və immunitet sistemini gücləndirir. Yerkökü həmçinin immun hüceyrələrin çoxalmasında və antikor istehsalında mühüm rol oynayan B6 vitamini ehtiva edir.

Kələm 

"Antoksantin" ağ kələmə rəngini verən çox vacib bir piqmentdir. Antioksidant təsirinə görə xərçəng və bəzi xroniki xəstəliklərin qarşısının alınmasında, iltihab əleyhinə təsiri sayəsində immunitet sistemini gücləndirici fəaliyyət göstərərək immunitet sistemini gücləndirməkdə təsirlidir.

Balqabaq tumları 


Balqabaq tumları sinkin ən yaxşı mənbələrindən biridir. Sink immunitet sistemini gücləndirən və infeksiyaların təsirini azaldan mineraldır. Bundan əlavə, sink əlavəsinin Covid-19 xəstəliyinin mənfi təsirlərini azalda biləcəyini göstərən tədqiqatlar hələ də davam edir.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et