Pişiklər bəşəriyyətin ilk günlərindən insanlara yaxın olublar. Pişiklərin və bəşəriyyətin tarixinin təxminən 9500 il əvvələ gedib çıxdığı düşünülür
Təxminən bu dövrdə Yaxın Şərqdə kənd təsərrüfatının inkişafı ilə pişiklərin insanlara daha da yaxınlaşdığı düşünülür. Məsələn, Kiprdə bu illərə aid insan skeleti ilə yanaşı pişik skeleti də tapılıb .
Qədim Misirdə pişiklər

Ancaq pişiklərin qəti şəkildə əhliləşdirildiyi dövr Qədim Misir sivilizasiyası dövrünə təsadüf edir . 3500 il əvvəl misirlilər pişiklərə böyük əhəmiyyət verirdilər.
Məhsullarını nəhəng taxıl anbarlarında saxlayan misirlilərin ən böyük düşmənləri siçanlar və böcəklər idi. Yaxşı və bəzən sevimli, bəzən də xarizmatik pişik dostları sayəsində bu düşmənləri məğlub etdilər.

Avropada qaranlıq sona çatdıqda və parlaq İntibah dövrü gələndə pişiklərin əhəmiyyəti də dəyişdi. Pişiklər gözəllik və zəriflik simvolu hesab olunurdu. Rəssamlar onlardan model kimi istifadə edirdilər.

Pişiklər də Yaponiyada çox vacib heyvanlar idi. Pişiyi öldürən yapon lənətlənmiş sayılırdı. Və təkcə o yox, onlar yeddi nəsil lənətlənmiş sayılırlar.
Ancaq nə olursa olsun, bəşəriyyət həmişə pişikləri öz sənətinə daxil edib. Bu gün bir çox qədim sivilizasiyaların xarabalıqları arasında pişik fiqurlarına rast gəlinir. İntibah dövründən başlayaraq Qərb incəsənətində məşhur rəssamların tablolarında da görünməyi bacarıblar.
Mənbə: Tarihli Sanat
Tərcümə etdi: Nəzri Süleymanova
