
Ananas tropik ərazilərdə yetişən şirin, şirəli və təravətləndirici dadı ilə tanınan bir meyvədir. Meyvənin elmi adı “Ananas comosus”dur, qabığı tikanlı və tüklüdür, içi isə ləzzətli sarı və ya ağ ətli bölmələrə bölünür. Ananas həm meyvə kimi yeyilir, həm də müxtəlif yeməklərin və içkilərin hazırlanmasında istifadə olunur.
Dildə ananasın yanmasına və ya qıcıqlanmasına səbəb olduğu düşünülən əsas faktor "bromelain" adlı fermentdir. Bromelain xüsusilə ananasın sapında olan bir fermentdir və zülalları parçalamaq qabiliyyətinə malikdir. O, dil və ağız toxumalarında olan zülalları parçalaya bilər ki, bu da bəzən qıcıqlanmaya səbəb ola bilər.
Ananas yedikdən sonra yaranan yanma hissi adətən müvəqqəti olur və bir neçə saat ərzində öz-özünə keçə bilər. Ancaq bu yanma hissi sizi narahat edirsə, aşağıdakı üsulları sınayaraq yanmanı yüngülləşdirə bilərsiniz:
Ağzınızı su ilə yuyun
Süd və ya qatıq yeyin
Bal və ya şəkərdən istifadə edin
Soyuq su və ya soyuq içkilər için
Ananasl yeyəndən sonra yaranan yanma hissi şiddətlidirsə və ya uzun müddət davam edərsə, həkimə müraciət etməkdə fayda var.
Mənbə: roza
Tərcümə etdi: Sevil İsmayılova
