Bu gün:

"Səba kraliçası Süleyman Kralı ziyarət edir" əsərinin analizi


Əsər: Edvard Con Poynterin "Səba kraliçası Süleyman Kralı ziyarət edir" əsəri

Tarix: 1890

Ölçü: 234.5 x 350.5 sm

Texnika: Kətan üzərində yağlı boya

Məkan: Yeni Cənubi Uelsin İncəsənət Qalereyası

Əsər akademik rəssamların yanaşmasının tipik nümunəsidir. Bu sənətkarlar, çox vaxt şəhvətli həzzlə rənglənən itirilmiş mükəmməllik dünyasını təqdim etməklə ən yüksək klassik idealları dəstəkləməyə çalışırdılar. Təəccüblü texnoloji dəyişiklik və sosial sarsıntı ilə üzləşərək, öz yaşlarının qəbul edilən çirkinliyinə qarşı bir çarə olaraq uzaq keçmişə üz tutdular. Onlar klassik antik dövrdən və qədim Yaxın Şərqdən ilhamlanaraq möhtəşəm səhnələr hazırlayıblar. Onların intensiv romantik və nostalji baxışları bizə hər hansı digər qədim kontinental şəhərlərdən daha çox Viktoriya Britaniyası haqqında məlumat verir.

On doqquzuncu əsrin ikinci yarısı arxeoloji tədqiqatlar və kəşflər, xüsusən də Britaniya ekspedisiyaları üçün əlamətdar bir dövr idi və Britaniya Muzeyi sənətçilər tərəfindən istinad kitabxanası kimi getdikcə daha çox qiymətləndirilən antik əşyaların xəzinə evi idi. Qısa müddətdə maraq mərkəzi olan Yunanıstan və İtaliyanın yerini Misir və Yaxın Şərq aldı.

Süleyman məbədinin vəhşicəsinə kompozit memarlıq sistemi kadrda təkrarlanır, tamaşaçı ilə subyekt arasında zaman və məkan məsafəsini bağlayır. Amma rəssam detalların dəqiqliyinə o qədər aludə olub ki, fiqurlar kukla kimi görünür. Parisdə klassik Çarlz Qleyrdən təhsil alan Poynter mahiyyətcə, sənəti dramatik sintezdən çox detalların ağırlığına əsaslanan “salonçu” idi.

Mənbə: İstanbulsanatevi.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et