Yapon mədəniyyətinin ən əhəmiyyətli elementlərindən biri kimono haqqında nələri bilməlisiniz: Kimono nədir, onu kimlər geyinirlər?

Ənənəvi yapon geyimi olan kimonolar özünəməxsus dizaynları və göz oxşayan naxışları ilə hər kəsin maraq göstərdiyi geyimlər sırasındadır. Gündəlik həyatda bir çox oxşar məhsullardan istifadə etməyə və uyğunlaşdırmağa başlasaq da, orijinal ənənəvi Yapon kimonoları fərqlidir. Yapon üslubunun tərifi olan kimonoya, harada istifadə olunduğu, kimin geyindiyi və bir çox digər detallara nəzər salmaq istədik. Bəs kimono nədir? Kim kimono geyinir? Kimono harada istifadə olunur?
Asiya mədəniyyəti ilə zərrə qədər tanışsınızsa, yaponların ənənəvi geyimindən xəbərdarsınız. Ola bilsin ki, siz də kimono görmüsünüz. Yapon mədəniyyətini özündə daşıyan bu ənənəvi geyim əsrlər boyu bütün dünyada diqqəti cəlb edən üslublar arasındadır.
Beləliklə, Kimono nədir?
Ənənəvi geyim olan kimono yaponca “Ki” (geymək) və “Mono” (əşya) sözlərindən əmələ gəlib. Bir çox fərqli naxış və üslubda istehsal olunmağa davam edir. 'T' forması yaratmaq üçün tans adlı 4 parça tikərək və ya obi və kəmərlə istifadə edilərək də geyilir.
Kimononun qısa tarixi: Kimono necə ortaya çıxdı?
Çin və Yaponiya arasında davam edən mədəni qarşılıqlı əlaqə zamanı o, ənənəvi Çin festivalı olan Hanfudan ilhamlanaraq yaradılıb. Dövrün iyerarxik quruluşuna görə kimonolar əvvəlcə samuray sinif liderləri tərəfindən geyilirdi, sonra Edo dövrünün gəlişi ilə müxtəlif statuslu insanların seçiminə çevrildi. Bu dövrdə kimono yaponlar üçün sənət və ticarətin fərqli bir qolu oldu. Geyimdə istifadə edilən texnikalar və parçanın materialı sahibinin statusunun izləri ilə hazırlanıb.
Dövrün sərt qadağalarına əməl etməli olan təmtəraq həvəskarı olan əhalinin bir hissəsi paltarlarını daha praktik və incə detallarla bəzəməyə başladı. Parçaların daha tünd, rənglərinin isə daha sadə olduğu kimonoların tikmələrində canlı rənglərə üstünlük verilirdi. Kimono parçalar əllə toxunmuş və naxışlar boyama texnikası ilə hazırlanmışdır. Sərt qanunlara zidd olan bu innovativ üsullar yeni estetik qavrayış yaradır.
Qırmızı rəng Yaponiyada qadağan edilmiş rəng olsa da, daxili astarlarda və alt paltarlarında qırmızı tikmə istifadə olunurdu.
Mənbə:onedio
Tərcümə etdi:Nuray Mürsəlova
