
Dirsəyinizə vurduğunuz zaman hiss etdiyiniz o dözülməz ağrının səbəbi sümüklə dəri arasındakı “Ulnar sinir” adlanan kanaldadır.
Dirsək sümük siniri olaraq təyin olunan dirsək sinir sistemi onurğadan başlayır, çiyin və qoldan keçərək kiçik barmaq və üzük barmağında bitir. Qol boyunca sinir hüceyrələri qol və əl əzələlərinə siqnal göndərir və bu ötürmə dövründə sümük və əzələ təbəqələri tərəfindən qorunur.
Dirsək siniri dirsəkdə sümük və dəri arasında yerləşən 4 mm-lik kanaldan keçir. Ulnar sinirin irəlilədiyi yerdə onu qoruyan təbəqə yoxdur. Dirsəyimizi bir şeyə vurduqda bu sinir sıxılır və ağrı və uyuşma qarışığı yaşayırıq. Dirsək siniri ağrı hissini ötürdüyü üçün bu ağrı kiçik barmağımıza çatır.
Bu vəziyyət bir çox insan tərəfindən tez-tez yaşanır və bu vəziyyətdən qaynaqlanan ağrı hissi müvəqqətidir. Dirsəyinizi bir az ovuşdurduqdan sonra ağrı hissi bir neçə dəqiqə ərzində yox olur.
Ancaq kubital tunel sindromu olaraq təyin olunan bir xəstəliyiniz varsa, bütün gün dirsəyinizə çəkic vurulmuş kimi gəzmə ehtimalınız yüksəkdir. Daha çox rast gəlinən və əllərdə hiss oluna bilən karpal tunel sindromu qədər yaygın olmasa da, kubital sindrom böyük ağrı və narahatlığa səbəb ola bilər və daha sonra əlin istifadəsini tamamilə maneə törədir.
Bu sindrom qolun dirsəkdə dəfələrlə əyilməsi və düzəldilməsi və ya dirsəyi uzun müddət əyilmiş vəziyyətdə saxlaması səbəbindən dirsək siniri irəli-geri hərəkət etdikdə baş verə bilər. Bu sindromun əmələ gəlməsi qolun dirsəkdə dəfələrlə əyilməsi və düzəldilməsi ilə baş verə bilər. Yaxud dirsəyi uzun müddət əyilmiş vəziyyətdə saxlamaq da bu sindromun səbəblərindən biridir.
Bu sindromun müalicəsində həkimlər əvvəlcə problemi yüngülləşdirmək üçün üsulları sınayırlar. Qolu dirsəkdə əyilməsinin qarşısını almaq üçün yollar istifadə olunur. Məsələn, əgər xəstənin qolu bükülmüş vəziyyətdə yatmaq vərdişi varsa, yatmazdan əvvəl bunun qarşısını almaq üçün qoluna dayaq bərkidilir.
Ancaq bu sınanmış üsullar nəticə verməzsə, cərrahiyyə tələb oluna bilər. Əməliyyat zamanı ya dirsək siniri dirsəyin ön hissəsinə çıxarılır, ya da təzyiqi azaltmaq üçün sümüyün bir hissəsi doldurulur və ya çıxarılır. Bununla belə, hansının daha yaxşı nəticələr verdiyi barədə müxtəlif fikirlər var.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytac Musayeva
