
Kinoteatr oturacaqlarının qırmızı olmasının iki fərqli səbəbi olduğu düşünülür. Bu səbəblərdən birincisi operanın tarixi ilə bağlı olduğu halda, digəri daha çox elmi səbəbə əsaslanır.
Birinci səbəbdən, yəni operanın tarixindən başlasaq: Opera teatrlarının kinoteatr oturacaqlarının qırmızı rənginə təsir etdiyi güman edilir.
Məlum olduğu kimi, operanın mərkəzi İtaliyadır. Venesiyada tikilən ilk opera teatrının dekorasiyasında qırmızı və qızılı rənglərdən istifadə edilib. İstifadə olunan rənglər- qırmızı, kral ailəsini təmsil edirdi. Avropada opera yayılmağa başlayanda və opera teatrları çoxalmağa başlayanda başqa binalarda da eyni rənglərdən istifadə olunurdu.
Sonralar zaman keçdikcə operaya maraq azaldı və opera teatr və kinoteatrlarla əvəz olundu. Teatr və kinoteatrlar da opera ənənəsini davam etdirərək, rəng seçimində qırmızı rəngi seçmişlər. Daha sonra kinoteatr oturacaqlarında istifadə edilən qırmızı rəng bu günə qədər gəlib çatmışdır.
Gələk oturacaqların qırmızı rəngdə istifadə olunmasının elmi səbəbinə...
İnsan gözünün tor qişasında görünən işığı qəbul edən hüceyrələr iki yerə bölünür. Bu hüceyrələr çubuqlar və konuslardır. Konuslar normal işıqda rəngləri qəbul edərkən, çubuqlar zəif işıqda rəngləri qəbul edir. Elm adamları bu mövzuda müxtəlif təcrübələr aparmış və araşdırmalar nəticəsində çubuqların 498 mm civarında dalğa uzunluqlarına qarşı həssas olduğunu ortaya çıxarmışlar.
Çubuq hüceyrələrinin ən yaxşı qəbul etdiyi rəng yaşıldır. Çubuq hüceyrələri qırmızı rəngi aşkar edə bilmir. Konus hüceyrələri isə bütün rəngləri ayırd etmədən qavramaq qabiliyyətinə malikdir. Çubuq hüceyrələrinin qırmızı rəngi qəbul edə bilməməsinin səbəbi qırmızı rəngin dalğa uzunluğunun yüksək olmasıdır. Əslində qırmızı qaranlıqda görmədiyimiz ilk rənglərdən biridir.
Kinoteatrlardakı qırmızı oturacaqlara gəlincə, işıqlar söndürüldükdə qırmızı rəng digər rənglərdən daha asan görünməz olur.
Elə isə düşünə bilərsiniz ki, niyə qara rəngə üstünlük verilmir? Təbii ki, bunun da səbəbi var.
Kinoteatrlarda qara rəngdən istifadə olunur, lakin qırmızı qədər deyil. Təsəvvür edin ki, ictimailəşmək və ya əylənmək üçün filmə gedirsiniz. O məkanda sizi daha depressiv hisslərə sövq edən qara rəngi, yoxsa xoşbəxtlik və canlılıq hissləri oyadan qırmızı rəngi görmək istərdiniz?
Deməli sualımızın cavabı tamamilə psixolojidir. Kino operatorları da bu rəng hiyləsini bildikləri üçün qara əvəzinə qırmızıdan istifadə etməyə üstünlük verirlər. Bu, diqqətimizi izləmək istədiyimiz filmə daha asan yönəltməyə imkan verir. Başqa sözlə, tamaşaçılara daha yaxşı film izləmə təcrübəsi təqdim edir.
Mənbə: haberturk.com
Tərcümə etdi: Aytac Musayeva
