Boğaz ağrısı, adından da göründüyü kimi, boğaz nahiyəsində yanma, quruluq, udma ilə pisləşmə, boğazda cızma və ya qıcıqlanma kimi hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan vəziyyətlərə verilən ümumi addır.
Boğaz ağrısı bir çox xəstəliklərin ən çox görülən və ilk hiss edilən simptomlarından biridir. Boğaz ağrıları tez-tez soyuqdəymə, qrip kimi infeksiyalar və ya quru və ya tozlu hava kimi ətraf mühit amillərindən qaynaqlanır. Boğaz ağrısı fərdlər üçün olduqca narahatlıq səbəbidir. Virusların yaratdığı boğaz ağrıları adətən öz-özünə yaxşılaşır. Virusların deyil, bakteriyaların səbəb olduğu daha az yayılmış boğaz ağrısı növü streptokok boğaz infeksiyasının ağırlaşmalarının qarşısını almaq üçün antibiotiklərlə müalicə tələb edir.
Boğaz ağrısının səbəbləri nələrdir?
Demək olar ki, hər kəs bir dəfə və ya digərində boğaz ağrısından əziyyət çəkə bilər, lakin müəyyən amillər bu vəziyyətin riskini artırır. Həm boğaz ağrısının, həm də soyuqluğun ən çox yayılmış səbəbi qripə səbəb olan viruslardır. Daha nadir hallarda, bakterial infeksiyalardan başqa digər səbəblər boğaz ağrısına səbəb olur.
Bəzi bakterial infeksiyalar boğaz ağrısına səbəb ola bilər. Bunlar arasında ən çox rast gəlinən Qrup A streptokokdur, yəni streptokok infeksiyasıdır. Uşaqlarda və yeniyetmələrdə boğaz ağrısına daha çox rast gəlinir. 3-15 yaş arası uşaqlar, xüsusilə, boğaz ağrısından əziyyət çəkirlər. Boğaz ağrısı ətraf mühit faktorları, həmçinin virus və bakteriya, mikroblar kimi digər səbəblərə görə baş verə bilər.
Ev heyvanı tükü, kif, toz və polen kimi əşyalara qarşı allergiya boğaz ağrısına səbəb ola bilər. Bu hissəciklər postnazal damlama səbəbiylə boğaza daha çox daxil olub daha uzun müddət qalaraq daha çox qıcıqlanma və şişkinliyə səbəb olduğu üçün bu vəziyyət daha da ağırlaşa bilər.
Havada quruluq boğaz ağrısı, daxili havada kifayət qədər rütubətin olmaması boğazda quruluq və cızıqlara səbəb ola bilər. Adətən xroniki burun tıkanıklığı səbəbiylə daimi ağız nəfəsi də boğazda quruluq da ağrıya səbəb ola bilir.
Havanın çirklənməsi və ya tütün tüstüsü və ya təmizləmə üçün istifadə edilən kimyəvi maddələrin buxarları nəticəsində yaranan daxili çirklənmə xroniki boğaz ağrısına səbəb ola bilər. Tütün çeynəmək, spirt içmək və ədviyyatlı yeməklər yemək də boğazı qıcıqlandıra bilər. Siqaret çəkmək tövsiyə edilmir, çünki o, daim boğazı qıcıqlandırır. Uzun müddət istirahət etmədən danışmaq, qışqırmaq və ya yüksək səslə danışmaqla boğazda əzələləri gərginləşdirmək və boğaz ağrısına səbəb olmaq mümkündür.
Mənbə: Acibadem
Tərcümə etdi: Rəhimə Cəmilova
