
Fransız Akademik sənətinə əsaslanan əsərlərində rəssam neoklassizmin klassik forma və kompozisiya dizaynından istifadə edərək yeni sintezlər yaradır, eyni zamanda Romantik sənətdə olduğu kimi təxəyyül üzərində qurulmuş güclü emosiyaları önə çəkir.
Buna görə də gördüyümüz bu əsər bizə şeytanla empatiya qurma şansı verdiyi və heyranedici görüntü ilə buna nail olduğu üçün sənət tarixinin ən ikonik əsərlərindən biridir.
Burada Alexandre Cabanel bizi içimizdəki şeytana, ürəyimiz qırılan və qəzəbləndiyimiz anlara aparır. Şəkilə baxdığınız zaman çox sıx bir emosional əlaqəyə girirsiniz.
Alexandre Cabanel burada Luciferlə mübarizə aparır. Lucifer adı "işıq verən" deməkdir. Yəni gördüyümüz bu iblis əslində gözəllik və zəriflik bəxş edilmiş bir varlıq olduğundan, rəssam onu mümkün qədər gözəl təsvir etməyi qarşısına məqsəd qoymuşdur.
Mənbə: Tarihli sanat
Tərcümə etdi: Nəzri Süleymanova
