Bu gün:

Renessans nədir?


Renessans ölən insanın həyata gəlməsinə verilən addır. İtalyanca "Rinascita/Rinascimento" fransızca "Renessans" deməkdir ki, bu da hamımıza tanış olan "Yenidən Doğuş" deməkdir.

Lakin bu, hərfi mənada ölüm və dirilmə deyil, əksinə, günahlardan təmizlənmək deməkdir. Əslində, “yenilənmə” sözünün sinonimidir. İncəsənət Tarixinin atası sayılan Giorgio Vasari İntibah tarixi sənətini təsvir edərkən “rinascita” sözünü işlədib.

Bizim istifadə etdiyimiz "Renessans" sözü ilk dəfə 1860-cı ildə Yakob Burçardt tərəfindən "İtaliyada Renessans Mədəniyyəti" əsərində istifadə edilib.

Renessans necə yarandı?

İtaliyada yaranan bu hərəkat zamanla bütün digər Avropada dominant oldu. Avropada cəhalət dövrünün başa çatması və yunan-Roma mədəniyyətinin gəlişi ilə baş vermiş “yenidən doğulma”dır.

Bu yenilənmə ilə Avropada cəhalət yox olmağa başlayır və dini nüfuz dərindən sarsılır. Qısa müddətdə xüsusilə İtaliyada rəssamlıq, heykəltəraşlıq və memarlıqda yeniliklər dövrü başladı.

Təbii ki, bu dirçəliş bütün Avropada birdən-birə meydana çıxmadı. İlk dəfə Toskana bölgəsində ortaya çıxdı.

Mənbə: Tarihli sanat

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et