
Kanzas Şəhər İncəsənət İnstitutunda təhsilini başa vurduqdan sonra Walt ailəsi ilə birlikdə Çikaqoya qayıtdı. Burada o, daim rəsmlər çəkir, qəzet və jurnallara göndərirdi. Amma Walt istədiyi qiyməti ala bilmədi. Bir az da olsa, yaxşılaşmağa başlayan həyatında bədbinlik yenidən öz yerini tutdu. Baxmalı olduğu anası və bacı-qardaşları üçün heç bir gəlir əldə edə bilmirdi. Walt Disney kifayət qədər yaradıcı olmadığı üçün işlədiyi qəzetdən qovulmuşdu. Walt Disney çox gənc olanda atasına gələcəkdə rəssam olacağını demişdi. O, arzusunun gerçəkləşməsini o qədər çox istəyirdi ki, bütün mənfiliklərə baxmayaraq, ruhdan düşmədi və çəkməyə davam etdi. Bir gün o, rəsm çəkərkən otaqda tıqqıltı səsi eşitdi. Taxta döşəmədə kiçik bir siçan hərəkət edirdi. Disney onun diqqətini çəkən bu siçanı seyr edib yedirtməyə başladı. Bir müddət sonra bu ikisi arasında dostluq yarandı. Walt Disney bu sevimli balaca dostunu o qədər sevdi və ona öyrəşdi ki, bir gün onu çəkməyə qərar verdi. Bu rəsm Walt Disneyin həyatında dönüş nöqtəsi oldu. Onun siçan rəsmləri ilə Hollywooda yola düşdü, sonra dostu İverksi tapdı və ona siçan rəsmləri haqqında danışdı. Bu balaca siçan əvvəlcə "Mortimer" adlandırıldı, lakin daha sonra Walt Disneyin həyat yoldaşı Lillinin təklifi ilə "Mickey Mouse" olaraq dəyişdirildi. Onların ilk filmi olan "Steamboat Willie" 1928-ci ildə Mickey Mouse adlandırdıqları siçanla çəkilib. Bu iki dost əllərində olan son qəpiyi xərclədikləri bu filmdə ya böyük uğur qazanacadılar, ya da kasıb həyatlarına qaldıqları yerdən davam edəcəkdilər. Və istədikləri baş verdu. Film izlənmə rekordları qırıb.
Mənbə: 3makademi Tərcümə etdi: Fatimə Şükürova
