Bu gün:

Gecə rutinləri


Sürətlə inkişaf edən dünyada gecələr istirahət etmək çətin ola bilər. Bununla belə, günü başa vurma tərzimiz yuxumuzun keyfiyyətinə, əhval-ruhiyyəmizə və ertəsi günki məhsuldarlığımıza böyük təsir göstərir.

Bu gün gecələrinizi cavanlaşdıran təcrübəyə çevirə biləcək on ən yaxşı axşam vərdişini araşdıracağıq. İstər gecə adamı, istərsə də şəhər adamı olmağınızdan asılı olmayaraq, bu vərdişlər hər kəs üçün nəzərdə tutulub.

1. Elektron cihazlarınızdan uzaq durun

Daimi əlaqə, sosial şəbəkələrdən şiddətli istifadə əsrində ekranlardan uzaqlaşmaq sadəcə dəbdəbə deyil, zərurətdir. Əgər gecə, yatmazdan 1 saat əvvəl elektron cihazlarınlzdan uzaq dursanız, bu həm tez yuxuya getməyinizə, həm də daha sağlam yuxu müddətinə səbəb olacaq.

2. Günlük dəniz istifadə edin

Günlük yalnız gündəlik hadisələri qeyd etmək üçün deyil. Bu, düşüncələriniz haqqında qeydlər, sahib olduqlarınız üçün minnətdarlıq edə biləcəyiniz yer və məqsədlərini təyin etmək üçün güclü bir vasitədir. 

3. Meditasiya və istirahət

Axşam meditasiyası zehni sakitləşdirməyə, narahatlığı azaltmağa və bədəni yuxuya hazırlamağa kömək edir. Günün təlaşı ilə gecənin sakitliyi arasında körpü rolunu oynayır. Tədqiqatlar göstərir ki, müntəzəm meditasiya yuxu keyfiyyətini yaxşılaşdıra, yuxusuzluğu azalda və hətta ümumi həyat keyfiyyətini yaxşılaşdıra bilər.

Mənbə: mental Health center

Tərcümə etdi: Bənövşə Bağırova


Paylaş
Şərh əlavə et