Bu gün:

Fransanın məşhur baget çörəyi necə yarandı ?



Qramı və ölçüləri Fransa qanunlarına görə müəyyən edilən baget çörəyinin ilk dəfə 18-ci əsrdə hazırlandığı məlumdur. Ancaq bir çox mütəxəssis baget çörəyinin yaranma tarixini 20-ci əsr olaraq göstərir, çünki bu günə qədər bu çörək növü ilə bağlı heç bir akademik araşdırma aparılmayıb.

 Fransız dilindəki 'baget' sözü çörəyin formasını da təyin edən 'baton', 'stick' sözlərindən gəlir.  Formasına əlavə olaraq, standart bir baget çörəyi təxminən 65 sm ölçüdə olsa da, uzunluğu 1 metrdən çox olaraq bişirilə bilər. Digər çörəklərdən fərqli olaraq daha yapışqan xəmirə malik olan və qıcqırma prosesində quru mayadan istifadə edilməsi tövsiyə edilən baget fransız kulinariya mədəniyyətinin ən görkəmli reseptlərindən biridir. Baget Fransadan sonra İtaliya və İspaniya kimi qonşu ölkələrdə istehsal olunsa da, Fransanın dünyada 'Baget Çörəyi Yarışması' təşkil edən yeganə ölkə olduğu bilinir. Ölkənin hər yerindən 'boulangerie' və ya çörək zavodlarının iştirak etdiyi bu müsabiqənin sonunda qalib gələn komanda və ya şəxs bir il ərzində prezidentin iqamətgahı olan Yelisey Sarayının çörəklərini bişirmək hüququna malikdir. Xəmirin hazırlanmasında çox dəyişiklik olmasa da, çörəyin xırtıldaması və rəngi baget bişirən şəxsin istəyindən asılıdır. 80 qramdan az və 40 sm-dən kiçik olmayan baget çörəyi günün hər yeməyində hər cür şirin və ya duzlu qidalarla qəbul edilə bilər.


Mənbə: Yemekte keyif var


Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş