Bu gün:

Qurudulmuş meyvələrdən istifadə zamanı diqqətli olun



Qurudulmuş meyvələr qidalı və sağlam qəlyanaltı ola bilər. Əgər kaloriləri məhdudlaşdıraraq arıqlamağı düşünürsünüzsə, həftənin müəyyən günlərində nahar əvəzinə quru meyvələri seçə bilərsiniz.


Həddindən artıq fruktoza zərərlidir.

Qurudulmuş meyvələrdəki şəkərin təxminən 22-51 faizi fruktoza şəkəridir. Həddindən artıq fruktoza istifadəsinin sağlamlığa mənfi təsirləri məlumdur. Bu mənfi təsirlərə çəki artımı, diabet və ürək xəstəliyi riski daxildir.

Qurudulmuş meyvələr də sağlamlıq üçün son dərəcə vacibdir. Buna görə qurudulmuş meyvələr ilk növbədə bədəninizi sərbəst radikallardan qoruyur. Qidaların antioksidant tərkibini araşdırmaq üçün aparılan analizlərə görə quru meyvələrin antioksidant potensialının çox yüksək olduğu müəyyən edilib.

Şəkər təbii olsa belə çoxu zərərlidir.

Qurudulmuş meyvələrdəki ən vacib detallardan biri də tərkibindəki şəkərdir. Meyvələr əhəmiyyətli miqdarda təbii şəkər ehtiva edir. Qurudulmuş meyvələrdə meyvənin şirəsi çıxarıldığı üçün təzə meyvələrdə təbii olaraq olan şəkərin miqdarı artır. Yəni quru meyvələrdə şəkərin miqdarı və kalorisi daha yüksək olur.


Mənbə:milliyet 

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et