Səhər qəhvənizi alma ilə əvəz etməyə nə deyirsiniz? Cornell Universitetinin alimləri alma və qəhvəni müqayisə edərək səhərlər qəhvə içmək əvəzinə niyə alma yeməli olduğumuzu araşdırıblar.

Səhərlər qəhvə içməyin səbəbi orqanizmi oyatmaqdır. Gecələr yatarkən qan təzyiqi aşağı düşür, lakin bir fincan qəhvədə 100 milliqram kofein mərkəzi sinir sistemini stimullaşdırır və öz növbəsində qan təzyiqini və nəfasalma sürətinizi artırır. Bu, sizi daha ayıq hiss etdirir. Ancaq çox qəhvə tükətmək əks effekt verə bilər və özünüzü daha yorğun hiss edə bilərsiniz.
Hansı daha yaxşıdır, alma və ya qəhvə?
Bir çox insan səhərlər qəhvə içməyə üstünlük versə də, alimlər almanın daha yaxşı enerji verdiyini iddia edirlər. Xüsusilə səhər qəhvənizə süni dadlandırıcılar əlavə etməkdənsə, onun yerinə bir alma yemək daha xeyirli alternativdir.
Niyə alma yemək lazımdır?
Cornell Universiteti tərəfindən aparılan araşdırmaya görə, alma təbii olaraq çoxlu lif, şəkər, vitamin ehtiva edir. Bu orqanizmə bir fincan qəhvədən daha çox enerji verir. Almada kofein yoxdur, lakin onların tərkibində təxminən 13-19 qram təbii şəkər var. Mədəniz bu şəkəri olduqca tez həzm edir və qan təzyiqinizi yüksəldir, beləliklə, beyni tez bir zamanda stimullaşdırır.

Qəhvə dişləri sarılaşdırır.
Hər səhər qəhvə içmək də dişlərə mənfi təsir göstərə bilər. Xüsusilə, dişlərin saralmasına və ləkələnməsinə səbəb olan qəhvə əvəzinə alma istifadə edərək bu problemi aradan qaldıra bilərsiniz. Bu araşdırma qəhvənin zərərli olduğu anlamına gəlmir. Digər tərəfdən, araşdırmalar göstərib ki, qəhvə içənlərin ürək xəstəlikləri, 2-ci tip diabet və parkinson xəstəliyindən əziyyət çəkmə ehtimalı olanlara nisbətən daha azdır. Kofein qəbul edərkən özünüzü daha əsəbi və narahat hiss edirsinizsə, səhərlər bir alma yeməyi seçə bilərsiniz.
Mənbə:milliyet
Tərcümə etdi:Nuray Mürsəlova
