
Əslində, bu fikir çox yanlışdır. Okeanologiya kimi də tanınan okeanoqrafiya okeanların tədqiqidir. Bu intizam bütün elm sahələrini (kimya, geologiya, meteorologiya, biologiya və s.) okeanın və onun xassələrinin tədqiqinə şamil edir.
Okeanoqrafiya okeanın bütün aspektlərinə, o cümlədən onun qədim tarixinə, indiki vəziyyətinə və gələcəyinə diqqət yetirir.
Okeanoqraflar okeanın özü qədər geniş bir sıra mövzuları araşdırırlar və onlardan öyrəndiyimiz bilik və dərslər müasir dünyada son dərəcə vacibdir. Okeanın böyüklüyünü nəzərə alsaq, okeanoqrafiyada kəşf ediləcək şeylərin sonu yoxdur.
Üstəlik, okeanlar planetdəki həyatın bütün formalarına təsir göstərir və bu barədə daha çox bilmək bizə yalnız onun ekosistemini və biomüxtəlifliyini qorumaq və hər kəs üçün daha davamlı gələcək qurmaq üçün yeni texnologiyalar hazırlamağa kömək edə bilər.
Biz hələ də okeanlarda nə qədər dəniz canlısının olduğunu dəqiq bilmirik. Hazırda təxminən 226.000 okean canlısı məlumdur. Bununla belə, elm adamları hər gün yeni növlər tapırlar və hesablanır ki, daha bir neçə yüz mindən bir neçə milyona qədər növün hələ kəşf edilməsi lazımdır.
Okeanlar təkcə Yer kürəsinin ən böyük ekosistemi deyil, həm də planetdə nəfəs aldığımız oksigenin yarıdan çoxunu onun səthində yaşayan bəzi kiçik bitkilər (Fitoplankton) vasitəsilə istehsal edir və qlobal miqyasda iqlimə təsir göstərir. Buna görə də okeanın qorunması iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün görə biləcəyimiz ən böyük tədbirlərdən biridir. Və bu barədə nə qədər çox bilsək, onun sağlamlığını və planetin sağlamlığını qorumaqda bir o qədər səmərəli ola bilərik.
Mənbə: matematiksel.org
Tərcümə etdi: Sevil İsmayılova
