
İngilislər çayı istər adi, istər şəkərli, istər südlü, istərsə də limonlu sevirlər. Onlar ildə 60 milyard fincan çay içirlər. Bu, adambaşına 900 fincan deməkdir. Bəzilərinin bundan qat-qat çox çay istifadə etdiyi də məlumdur.
Britaniyada çay insanların həyatının elə bir hissəsinə çevrilib ki, işdə verilən fasilələrə çay fasilələri deyilir. Londonun ən dəbdəbəli otellərində pencək və qalstuk taxan bəylərə çay süfrəsi təqdim olunur.
Çayın dadını müəyyən edən çay bitkisinin yetişdirilməsi, emal və dəmləmə üsuludur. Latın dilində "camellia sinesis" adlanan çay bitkisi tropik bölgələrdə, terraslarda bitir.
Antropoloq Keyt Foksun fikrincə, ingilisin çay hazırlamaq və içmə tərzi onun haqqında çox şey deyir.
Süd və şəkər ilə çay içməyin də müxtəlif mənaları var. Şəkərlə çay içmək aşağı təbəqəyə mənsub olmağın əlaməti kimi qəbul edilir.
Britaniyalılar bəzi sosial vəziyyətlərdə çayı yaxşı bir xilaskar kimi görürlər.
Çaya dad verən bəzi molekulların da çay bitkisinin quşlar və böcəklər tərəfindən yeyilməsinin qarşısını almaq üçün inkişaf etdirdiyi bir müdafiə mexanizmi kimi fəaliyyət göstərdiyi güman edilir. Maraqlıdır ki, insanlar bu dadı həvəslə axtarır və çaya çoxlu sosial mənalar verirlər.
Mənbə: bbc.com
Tərcümə etdi: Sevil İsmayılova
