Rebecca Szeto sənətində istifadə etdiyi alətlərdən məqsəd kimi istifadə edib, özü də onları sənət əsərinə çevirib.
O, rəsmləri canlandıran boya fırçalarının taxta uclarına məşhur rəsmlərdən personajları həkk edərək fırçaların özünə həyat bəxş edib və onlardan bizim adət etdiyimizdən fərqli şəkildə istifadə edib. Szeto bunu “həm subyektin özü, həm də onun obyekti olmaqla mahiyyətə qayıdış” kimi izah edib.
Eyni zamanda, fırça söz oyunu üçün də uyğundur. İncəsənət tarixində qadınların iştirak etdiyi əsərlər nə qədər çox olsa, qadınların bu patriarxal qaydada fırçadan istifadə edərək buraxa biləcəyi izlər bir o qədər az olar.
"Əsərlərimdə təsvir etməyə çalışdığım fərdləri dəfələrlə və yavaş-yavaş hər fırçanı heykəlləndirərək yaratdım. Uzaqgörənliklə işləyərək, fırçanın laylı səthlərini əsərə daxil etdim və ona son formasını verdim, insan formasına gətirdim".




Mənbə: Tarihli sanat
Tərcümə etdi: Nəzri Süleymanova
