Stressin səbəb olduğu kardiomiopatiya (ürək əzələsi xəstəliyi) tibbi ədəbiyyata yalnız 2005-ci ildə daxil olmuşdur. Bəzi həkimlər bunu yapon dilindən "takatsubo" və ya "ağrılı ürək sindromu" adlandırırlar.

Başqa sözlə desək, bizə fizioloji cəhətdən zərər verən birbaşa kədər və ya rədd edilmə hissi bu duyğuların yaratdığı fizioloji reaksiyalardır. Bu gün ağlımızın və duyğularımızın fiziki bədənimizə birbaşa təsir etdiyinə, bəzən fəlakətli nəticələrə səbəb olduğuna şübhə yoxdur.
Ancaq təəssüf ki, baytarların və vəhşi təbiət bioloqlarının onilliklər əvvəldən xəbərdar olduqları bir fenomen həkimlər tərəfindən çox gec qəbul edildi və tibbi ədəbiyyata cəmi bir neçə il əvvəl daxil oldu. Bu da bizə göstərir ki, əslində heyvanlarla ilk baxışdan göründüyündən daha çox ortaq cəhətlərimiz var.
Mənbə: bbc
Tərcümə etdi: Çimnaz Məmmədova
