
Saç niyə tökülür?
Kişilərdə saç tökülməsi yetkinlik dövründən sonra baş verir. Kişi genetikası saç tökülməsinə daha çox meylli olduğundan, keçəllik daha sonrakı yaşlarda baş verir. Saç tökülməsi qadınlarda daha az müşahidə edilsə də, genlərə görə saç tökülmə səviyyəsi dəyişir.
Stressli həyat, qalxanabənzər vəzi hormonlarının balanssızlığı, doğuma nəzarət həblərinin istifadəsi, doğum prosesi, ana südü ilə qidalanma prosesi və menopoz qadınlarda saç tökülməsinə səbəb olur. Saç baxımı adı altında həyata keçirilən perm, fen və s. Digər prosedurlar baş dərisinin həddindən artıq istiyə məruz qalmasına və uzun müddətdə saç tökülməsinə səbəb olur.
Saç tökülməsinin qarşısını necə almaq olar?
Mütəxəssis köməyi ilə diaqnoz qoyulduqdan sonra xəstəlik nəticəsində saç tökülməsi varsa, buna uyğun müalicə üsulu izlənir. Zəruri hallarda vitamin əlavələri verilir, zülal dəstəkli qidalanmadan istifadə oluna bilər, hormonal disbalans olarsa xəstəlik müalicə olunur. Düzgün diaqnoz və müalicə saç tökülməsini normal səviyyəyə gətirə bilər.
Saç tökülməsi probleminə nə təsir göstərə bilər?
Mütəxəssis nəzarəti altında müxtəlif dərmanların istifadəsi saç tökülməsi üçün yaxşıdır. Bu növ dərmanlar zəif saç tellərini gücləndirir və nazik saç tellərini qalınlaşdırır. Düşmək üzrə olan saç tellərini müalicə edir və tökülməsinin qarşısını alır. Saç mezoterapiyası adlanan üsulla vitaminlər, minerallar baş dərisini tənzimləyən maddələr mikro iynələrlə saç dərisinə yeridilir. Enjeksiyon prosesi başa çatdıqdan sonra vurulan maddələrin saç köklərinə bərabər şəkildə yayılmasını təmin etmək üçün baş dərisi masaj edilir. Müalicə vasitəsi kimi tətbiq oluna bilən bu müalicə saç köklərinin güclənməsinə və saçların qalınlaşmasına kömək edir. Bu üsul həm qadınlara, həm də kişilərə tətbiq oluna bilər.
Saç tökülməsinə qarşı bitki həlli kifayətdirmi?
Baş dərisində qan dövranını sürətləndirmək saç tökülməsinin qarşısını alır. Zeytun və kokos yağı ilə baş dərisinə masaj etmək qan dövranını sürətləndirir. Həmçinin bir çimdik rozmarin 20 dəqiqə qaynadılıb soyudulduqdan sonra saçı yaxalamaq üçün istifadə edilərsə, saçları gücləndirər. Qalan rozmarin suyu da saç kremi kimi istifadə edilə bilər. Saç tökülməsinə qarşı bir çox bitki mənşəli məhlullar tövsiyə edilsə də, irəliləmiş saç tökülmələri yaşanılırsa, mütləq bir dermatoloqa müraciət edilməlidir.
Mənbə: Medical Park
Tərcümə etdi: Aminə Paşazadə
