24media.az "İncəsənətin inciləri" rubrikasına Otto Diksin "Jurnalist Silvia fon Hardenin portreti" əsəri ilə davam edir.
"Jurnalist Silvia fon Harden"in portretində Otto Diks 1920-ci illərdə Almaniyada yaranan “yeni qadın" anlayışını nümayiş etdirir. Onun nümayişi Almaniyada bu müddət ərzində mövcud olan sosial dəyişiklikləri göstərir. Yeni qadın və ya almanca "neue frau" siqaret çəkir, içki içirdi. Karyeraya yönəlmişdi və evlənməyə, ailə qurmağa əhəmiyyət vermirdi. Bu vaxta qədər isə qadınlar belə deyildi. Diksin rəsminin Almaniyadakı yeni qadın ideyasını və bu müddət ərzində baş verən ictimai dəyişiklikləri necə əhatə etdiyindən danışaq.
Portretdə Diks Silviyanı kişi kimi təsvir edib. Duruşu aşağı düşüb və gözəl görünməyə çalışmadığı açıq-aydın görünür. O gülümsəmək əvəzinə çirkin üzünü buruşdurur. Silvia sağ əlində siqaretlə stolun arxasında əyləşərək təsvir edilib. Deyə bilərik ki, o, görünüşü ilə çox da maraqlanmır.
Paltarının xəttinin altından aşağı düşən corablarına baxmaq buna sübutdur. Onun geyindiyi paltarlar da o qədər cazibədar deyil. Paltar onun qadın fiqurunu göstərmir. Əllərindən biri bədəninin üstündə, digər əli isə çanaq nahiyəsində dayanıb. Silviyanı bu şəkildə yerləşdirməklə Diks onu qadın edən bütün fiziki xüsusiyyətləri ört-basdır edir.
Silvianın həm də kişi saç düzümü var. Bu portretdəki şəxsin qadın olduğuna dair yeganə real sübut onun don geyinməsidir. Silvianın nümayiş etdirdiyi bütün kişi xüsusiyyətləri onun oturduğu stulla ziddiyyət təşkil edir. Kreslo çox bəzəkli, gözəl və çiçəklidir. Silviyanın görünüşünün bu kreslo ilə yan-yana gətirilməsi qadınların bu dövrə qədərki düşüncə tərzi ilə onların cəmiyyətdəki yeni mövqeləri arasındakı fərqi göstərir. Diksin əllərinə baxaraq Silviyanı "yeni qadın" obrazı kimi təsvir etdiyinə dair daha çox sübut əldə edə bilərik. Onun əlləri bədəninə nisbətən böyükdür və kişi əlləri kimi görünür. Həmçinin Silviyanın əllərinə baxanda görürük ki, heç bir üzük yoxdur. Bununla da onun subay olduğu bilinir.
O, sağ gözünə monokl taxır. Monokl, adətən kişilərlə əlaqələndirilir və bu onun karyerasına yönəldiyini, adi şeylərə diqqət yetirməyə vaxtının olmadığını göstərir. Karyera yönümlü qadın 1920-ci illərdə Almaniyada tapılan "yeni qadın" anlayışının bir təsviridir və Diks onu alman cəmiyyətində baş verən dəyişikliyi göstərmək üçün monokl ilə təsvir edib.
Diksin "Silvia von Harden" adlı rəsm əsəri Almaniyada ortaya çıxan yeni qadının rəsmidir. Əslində bu, I Dünya Müharibəsindən sonrakı dövrdə yeni Almaniyanın mənzərəsidir.
Mənbə: Utopiadysopiawwi.wordpress
Tərcümə etdi: Gülay Qəribova
