
24media.az "İncəsənət inciləri" adlı rubrikaya start verir. "İncəsənət İnciləri" dünyanın dörd bir yanından olan müxtəlif əsərlərin təhlilini sizinlə bölüşəcək. Bu gün Masaccionun məşhur əsəri Müqəddəs Üçlük Freskosu haqqında danışacağıq.
Masaccio 21 dekabr 1401-ci ildə İtaliyanın San Giovanni Valdardo şəhərində anadan olub.
1428-ci ildə İtaliyanın Roma şəhərində vəfat edib. Ölümünün səbəbi məlum deyil. Onun əsl adı Tomasso di Ser Giovanni di Mone Kassaidir. Onun adını dəyişməsinin səbəbinin dostunun adının Tomasso olması olduğu deyilsə də, başqa fikirlər də mövcuddur.
O, 27 illik qısa ömür sürməsinə baxmayaraq, keyfiyyətli əsərlər yaradıb. O, intibah dövrünün ilk mühüm rəssamı və İtaliya intibahının nümayəndələrindən biridir. Masakkio qotika üslubunu sevmirdi. Bəzək və detallardan uzaq, yəni sadə əsərlər yaradırdı. Onun əsərlərində Giotto, Masalino, Donatello və Brunellesşinin təsirlərini görmək olur. Müqəddəs Üçlük freskası tək nöqtəli (xətti) perspektiv texnikasının düzgün istifadəsinin ilk nümunəsidir. Bu freska Florensiyanın Santa Mario Novalla kilsəsinin daxili sol divarında yerləşir.
Əsərin ölçüləri 667 sm x 317 smdır (263 düym x 125 düym). Freska İsanın çarmıxa çəkilməsindən bəhs edir. Onun ortasında Müqəddəs Üçlük təsvir edilib. İsa çarmıxda, onun arxasında Ata Allah və onların arasında göyərçin olan Müqəddəs Ruh təsvir edilib. Freskdəki kompozisiyanın mərkəzində Xaçın olması və Tanrı fiqurunun insan fiquru kimi təqdim olunması qədim ənənələrlə bağlıdır (Klassik Roma). Tağın içərisində çarmıxa çəkilmiş İsanın aşağı tərəflərində Məryəm və İncil yazıçısı Yəhya təsvir edilib. Qurbangahın altında təsvir edilən sarkofaqda yatan skeletin İsanın çarmıxa çəkildiyi Kalvari dağının altında basdırıldığı düşünülən Adəmin skeleti olduğu düşünülür.
Skeletin yuxarı hissəsində “memento mori”, yəni “Sən nə idinsə, mən də bir zamanlar o idim. Mən nəyəmsə, sən də o olacaqsan” sözləri yazılıb. Masaccio bu freska ilə rəsmə memarlıq perspektivi anlayışını daxil edib. Bu freska da bizə İntibah dövrünün müjdəsini verir.
Mənbə: Tarihlisanat
Tərcümə etdi: Gülay Qəribova
