Əslində, qəhvəyi və ağ şəkər qida dəyəri baxımından demək olar ki, eynidir. Bir çay qaşığı qəhvəyi, şəkərin tərkibində bir çay qaşığı ağ şəkərlə eyni miqdarda,qram və eyni sayda kalori var. Onlar tərkibindəki, sadə (sürətli) karbohidratların tərkibinə görə də ekvivalentdirlər, buna görə də bədənimiz prinsipcə, şəkərin hansı rəngə olduğunu əhəmiyyət vermir, amma yenə də fərqləri var.

Adətən mağazadan aldığımız ağ şəkər, şəkər çuğundurundan hazırlanmış, ağardılmış və 99,9% saxarozaya çevrilmiş tam təmizlənmiş məhsuldur. Qəhvəyi şəkər şəkər qamışından hazırlanır, o da emal olunur, lakin ağartma proseduruna çatmır: kifayət qədər miqdarda bəkməz qalır. Məhz bunun sayəsində qəhvəyi "şirinlik" daha dərin bir dada və uzun, təsir edici mineral tərkibinə malikdir, onların arasında kalsium, kalium, dəmir və maqneziumu vurğulaya bilərik.
Qamış şəkərinin vətəni Hindistandır.

Yəqin ki, siz qəhvəyi şəkərin bir neçə çalarda olduğunu görmüsünüz: çox açıqdan tünd qəhvəyiyə qədər. Açıq qəhvəyi şəkər də "yüngül" kimi qeyd olunur, lakin bu, kalorili məzmunla bağlı deyil (bunun pəhrizə təsiri yoxdur), onun tərkibindəki bəkməzin miqdarıdır. Belə ki, şəkərin açıq kölgəsi 3,5% bəkməzin, tünd rəng isə 6,5% olduğunu göstərir. Bu fərqə baxmayaraq, bədənimiz hələ də onları eyni şəkildə emal edir.
Bəs niyə birini digərindən tündləşdirirlər? Cavab sadədir - hər şey bəkməzin konsentrasiyası və dadına aiddir. Beləliklə, tünd qəhvəyi şəkərdən hazırlanmış çörək məmulatları ağ və ya açıq qəhvəyi şəkərdən hazırlanmış çörək məhsulları ilə müqayisədə daha zəngin dad və daha dərin rəngə malik olacaqdır. Bu sirrdən həm adi evdar qadınlar, həm də aşpazlar məharətlə istifadə edirlər.
Qəhvəyi şəkərə "qəhvə" və ya "çay" şəkəri də deyilir. Qamış şəkəri baha olduğu üçün, xüsusən də ağ şəkərlə müqayisədə, çox vaxt saxtalaşdırılır.
Qamış şəkərini ağ şəkərdən daha sağlam adlandırmaq mümkün olmasına baxmayaraq, o, hələ də çox yüksək kalorili məhsul olaraq qalır və təbii dadlandırıcılarla rəqabət apara bilmir. Sağlamlığınıza diqqət yetirirsinizsə, özünüz və ailəniz üçün təbii qida məhsulları seçirsinizsə, bal, ağcaqayın şərbəti və ya "Qüds artishoku" şərbəti, steviya və quru meyvələrə diqqət yetirə bilərsiz.
Mənbə: 1000ecofarms.com
Tərcümə etdi: Leyla Bayandurlu
