
İngilis rəssamı Uilyam Oliver Uilyams (1823 – 1901) Londonda yaşayan gənc qadınların rəsmləri üzrə ixtisaslaşmış obrazlı əsərləri ilə tanınırdı. Oliver 18 iyul 1848-ci ildə Kral İncəsənət Akademiyasına daxil oldu.
Məktəb sənədləri və digər mənbələr onun Birmingemdəki Dövlət Dizayn Məktəbində də təhsil aldığını və burada magistr köməkçisi (1849-1851) olduğunu təsdiqləyir. Kral Akademiyasının tələbəsi olarkən 1851-ci ildə hər il keçirilən müsabiqədə antik rəsmlə birinci mükafatı qazandı.
Mənbə: İstanbulsanatevi.com
Tərcümə etdi: Amin Həsənli
