Bu gün:

Tarixin tozlu səhifələri arasında qalan maraqlı yerlər


Tarix severlər üçün dünyanın müxtəlif yerlərindən maraqlı məlumatları bir yerə topladıq.

1. Çinin Zhongnan dağında 1400 ildən çox yaşı olan bu ağac hər payızda parlaq sarı yarpaqlar tökür.

2. Min illər əvvəl Eskimo Yupiklər fil sümüyü, maral buynuzları və ağacdan istifadə edərək tarixin ilk qar eynəklərini düzəldiblər.Onlar bunu göz yorğunluğundan və qar korluğundan qaçmaq üçün ediblər.

3. Örtülü Bakirə Romada italyan heykəltəraş Giovanni Strazza tərəfindən oyulmuş Karrara mərmər heykəlidir.Onun nə vaxt tamamlandığı dəqiq bilinməsə də, 1850-ci illərin əvvəllərində olduğu güman edilir. Heykəl çarşablı Məryəmin büstünü təsvir edir.

4. Yaponlar 700 ildən artıqdır ki, ağac kəsmədən ağac əldə edirlər. 14-cü əsrdə Yaponiyada Daisugi texnikası kəşf edildi.

Bu texnika sidr ağaclarının budama və peyvəndindən ibarətdir. Zamanla böyüyən ağaclardan ağac və odun kimi istifadə edirlər. Ancaq ağacın gövdəsi heç vaxt kəsilmir.

5. 1180-ci ildə tikilmiş, 1868-ci ildə bağlanmış orta əsr taxta Norveç kilsəsi.

Onu məhv olmaqdan xilas etmək üçün 1877-ci ildə Norveç Milli Tresti (NTON) tərəfindən satın alındı. Hazırda muzey kimi fəaliyyət göstərir.

Mənbə: Onedio.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et