Yaponiyanın paytaxtı Tokionun Asakusa rayonunda yerləşən Sensoji şəhərin ən qədim Buddist məbədi kimi tanınır.

Ətrafdakı bazar küçəsi, nəhəng giriş qapısı və rəngarəng memarlığı ilə Sensoji məbədi gün ərzində çox sayda turist tərəfindən ziyarət edilir.
Əfsanələrə görə 645-ci ildə tikintisi başa çatan məbədin o dövrdə yaşayan iki qardaş tərəfindən tikildiyi məlumdur.
Rəvayətə görə, iki qardaş rayon ərazisindəki Sumidə çayında balıq tutarkən mərhəmət ilahəsi Kannon heykəlini tutub, sonra heykəli çaya atıblar, lakin hər dəfə heykəl çaydan çıxıb onların yanına gəlirmiş. Bundan sonra qardaşlar müqəddəsliyinə hörmət etmək istədikləri tanrıça Kannon adına Sensoji məbədini tikirlər.
Məbədi ziyarət edənləri əvvəlcə “ildırım qapısı” mənasını verən “Kaminarimon” adlanan nəhəng darvaza qarşılayır.
Nəfis memarlığı ilə görənləri valeh edən qapının qarşısında tavandan asılmış böyük qırmızı fənər var. Ətrafında dörd müxtəlif ipin köməyi ilə fırlana bilən nəhəng fənər axşam saatlarında rəngarəng səhnələrə ev sahibliyi edir.
Bu gün də , həftənin hər günü saat 06.00-17.00 arası açıq olan məbədi il ərzində orta hesabla 30 milyon insan ziyarət edir.
Mənbə: AA
Tərcümə etdi: Nəzri Süleymanova
