Bu gün:

Harakiri nədir?


Yaponların fərqli bir adəti olan Harakiri, çox köhnə bir ənənə olsa da, bu gün tez-tez araşdırılan bir sözdür. Bəs Harakiri tam olaraq nədir? 

Harakiri (Seppuku) yaponların 10 əsrlik intihar adətidir. Harakiri sözünün yapon dilində mənası bağırsaqları boşaltmaqdır. İntihar edən şəxs bir neçə gün əvvəldən  hazırlaşır, sevimli yeməyini yeyir, duş qəbul edir, gözəl paltarlar geyinir, sonra da qarnını katana ilə kəsib daxili orqanlarını çıxarırdı. Ancaq bu yapon intiharının səbəbləri var; bu, etiraz, nümayiş, üsyan və ya özünü öldürmək üçün edilmir. Bu səbəblərə görə harakiri edən şəxs bunu etməmiş sayılır. Bu adət, əlbəttə ki, intihardır və nəticəsi ölümdür, lakin yaponlar bu vərdişi özlərini öldürmək deyil, şöhrətlərini tərənnüm etmək kimi qəbul edirdilər. Harakiri ifa edən insanlar qarın nahiyəsində "+" işarəsi yaradardılar. Bunu etmələrinin səbəbi özlərinə daha çox ağrı hiss etdirmək idi. 

Bu mərasimin ən mühüm qaydası o idi ki, onu icra edən şəxs yaşadığı ağrıları göstərməməlidir. Ona görə də bu məşq onlar üçün şərəf olduğundan özlərini kəsərkən qışqıra bilmirdilər. İnsan harakiri edib özünü kəsəndə onun arvadı və ya dostu kimi bir müşahidəçi olmalıdır. Onların özlərini kəsdikləri ənənəvi bıçaqların adları tanto və kozukadır və harakiridən sonra həmin şəxsin bıçağı və şvabası məhv edilib. 


Mənbə: Milliyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et