Bu gün:

Tərs psixologiya anlayışı nədir?


Tərs psixologiya anlayışı psixologiyanın bir alt qolu olan sosial psixologiyanın mövzusudur. Bu konsepsiyanı irəli sürən şəxs Psixoloq Cek Bremdir.

Tərs psixologiya bir insanı etmək istəmədiyi bir şeyi etməyə məcbur etmək üçün istifadə olunan bir texnikadır. Başqa sözlə desək, etmək istədiyimizin tam əksini istəməklə, qarşı tərəfə istədiyimizi etməyə çalışırıq. 

Tərs psixologiyanın müxtəlif formaları var: hədəf davranışı qadağan etmək, yerinə yetirmək qabiliyyətini sorğulamaq və hədəf davranışın əksini təşviq etmək. 

Tərs psixologiya, əslində, bir növ manipulyasiya texnikasıdır. Bu texnika şüurlu və ya şüursuz istifadə olunur. Psixoloji reaksiya və psixoloji müqavimət reaktivlik nəzəriyyəsinin bir hissəsidir. İnsanlar azadlıqlarının əlindən alındığını düşünəndə və nəzarətlərinin azaldığını hiss etdikdə tərs psixologiya anlayışı işə düşür. 

Tərs psixologiya insanın idarəetmə mexanizminə meydan oxuduğu və nəzarətin çətin olduğu vəziyyətlərdə özünü göstərir. Tərs psixologiyadan bəhs edən “Çəhrayı fil haqqında düşünmə” kitabından misal çəkək. “Çəhrayı fili düşünmə” cümləsini oxuyanda belə ağlımıza çəhrayı fil gələ bilər. İnternetdəki elanlarda "Buraya basmayın" yazısını görəndə ağlımız o yazıya basmaq istəyir. 

Tərs psixologiya bəzən müsbət, bəzən də mənfi təsir göstərir. Müsbət təsir odur ki, insan digər insanı istədiyi davranışı etməyə məcbur edir. 

Mənbə: evimdekipsikolog.com
Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et