Bu gün:

Plastiklər təmizləyici vasitələrə çevrilə bilərmi?


Qida paketləri, plastik butulkalar və alış-veriş çantaları kimi plastiklərin istehsalında istifadə olunan polimerlər təmizləyici materialların istehsalı üçün lazım olan komponentlərə çevrilə bilər.

Plastik süni şəkildə istehsal edilən bir polimer növüdür, lakin gündəlik həyatda polimer anlayışı əvəzinə tez-tez istifadə olunur. Polimerlər bir çox kiçik molekul hissələrinin bir-birinə bağlanması nəticəsində əmələ gələn çox uzun molekullardır.

Plastik kirliliyi günümüzün ən böyük ekoloji problemlərindən biridir. Tədqiqatçılar çirklənməyə səbəb olan və bir çox plastiklərin istehsalında geniş istifadə olunan polimer növləri olan polietilen və polipropilendən faydalı məqsədlər üçün istifadə oluna biləcəyini araşdırıblar.

Sabun və yuyucu vasitələr kimi təmizləyici materialların tərkibində əsas tərkib hissəsi kimi istifadə olunan səthi aktiv maddələr var ki, bu da səthi kirdən təmizləməyə imkan verir. Uzun karbon zəncirlərindən ibarət olan polietilen, səthi aktiv maddələr kimi istifadə edilən yağlı marinadlara bənzər bir quruluşa malikdir. Mühəndislər şağıda isti, yuxarıda daha soyuq olan sobada kifayət qədər temperatura qədər qızdırılan polietileni qazana çevirmədən kiçik parçalara ayırmağa nail olublar. Proses muma bənzər bir quruluşa malik daha qısa polietilen zəncirləri ilə nəticələnib. Daha sonra bu qısa zəncirlərin uclarına oksigen molekulları əlavə edilərək onların yağ turşularına çevrilməsinə şərait yaradılıb. Belə ki, tullantı plastiklərdən istifadə etməklə müxtəlif kimyəvi reaksiyalar nəticəsində asanlıqla sabuna çevrilə bilən yağ turşuları alınmışdır.

Plastikdən alınan yağ turşuları ilə ənənəvi üsullarla alınan yağ turşuları arasında kimyəvi fərq yoxdur. Bu, plastikdən alınan yağ turşularının sabun və yuyucu vasitə istehsalında rahatlıqla istifadə oluna biləcəyini göstərir.

Tədqiqatçılar eyni üsulun qida qablaşdırmasından tutmuş avtomobil hissələrinə qədər geniş istifadə sahəsi olan polipropilen üçün də istifadə oluna biləcəyini deyirlər. Digər polimer növlərinə də tətbiq oluna biləcəyi araşdırılan metodun plastik çirklənmənin azaldılmasında əhəmiyyətli rol oynayacağı və təmizlik sənayesinə əhəmiyyətli töhfələr verəcəyi bildirilir.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 


Paylaş
Şərh əlavə et