Bu gün:

Buna görə Big Ben belə adlanır!


Londonun simvolu və Böyük Britaniyanın əsas görməli yerlərindən biri - Vestminster Sarayının saat qülləsi bütün dünyada tanınır. Onu tez-tez "Big Ben" adlandırırlar, lakin bu tamamilə doğru deyil.  Bu gün biz bu adın əslində nəyə istinad etdiyini və haradan gəldiyini danışacağıq.

Big Ben saat qülləsində yerləşən zəngin qeyri-rəsmi adıdır. Turistlər və hətta yerli sakinlər də tez-tez qülləni belə adlandırırlar, lakin məqaləmizdə xüsusi olaraq qüllənin zəngi haqqında danışacağıq. O, həqiqətən nəhəngdir: diametri 2,7 metr olan günbəzin çəkisi 13,7 tondur.

Ləqəbin mənşəyi tamamilə məlum deyil.  Hələ də müzakirə olunan bir neçə nəzəriyyə var.  Və əgər birinci hissə "Big" (böyük)  aydındırsa, ikincisi hissə – "Ben" sözünün hardan gəldiyi qeyri-müəyyəndir. Axı Ben kimdir?

Benjamin Comte

Bəziləri Big Benin ləqəbinin Benjamin (Ben) Comte-dən gəldiyini düşünür.  Ben məşhur britaniyalı boksçudur. Benin boyu 188 sm, çəkisi isə təxminən 110 kq idi.  Böyük bədən ölçülərinə və gücünə görə onu Torkard Nəhəngi (məmləkəti Hucknall Torkardın adı ilə) və Biq Ben adlandırdılar.  Ben Comte bir çox döyüşlərdə qalib gəlib. 1857-ci ildə keçirdiyi son döyüşdə 42 yaşlı Komte daha gənc rəqibinə qarşı 60 raund davam gətirib və bu döyüşü heç-heçə ilə başa vurub. Boksçu ingilislər arasında məşhur idi və Biq Ben gülləsinin adının onun şərəfinə qoyulması mümkündür.

Ser Benjamin Hall

Başqa bir versiyaya görə zəng qeyri-rəsmi adını Uelsli inşaat mühəndisi və siyasətçisi, İcmalar Palatasının üzvü Ser Benjamin Hallın şərəfinə almışdır.  O, 1834-cü il yanğınından sonra Parlament Evlərinin yenidən qurulmasının son mərhələlərinə, xüsusən də sözügedən qüllənin quraşdırılmasına nəzarət edib. Ser Benjamin-in xeyrinə olan başqa bir məqam: o, uzun boylu adam idi və həmkarları onu zarafatla Biq Ben adlandırırdılar.

Parlament iclası

31 may 1859-cu ildə Vestminster saatının zəngu bütün Londonda ilk dəfə çalındı.  Belə bir rəvayət var ki, Həmin gün Britaniya parlamentində qülləyə ad seçmək üçün xüsusi iclas keçirilib. Natiqlərdən biri Ser Benjamin Hall idi. O, çox təsirli və uzun bir nitq söyləyir. Bundan sonra izdihamın arasından bir nəfər qışqırıb deyir: "Niyə çıxışını qülləni Big Ben adlandırıb başa vurmursan?" Doğrudur, bu hekayənin reallığına dair heç bir sübut yoxdur. Hər halda XİX əsrdə Britaniya xalqı öz məşhur saatlı qülləsini Big Ben adlandırdı və biz bu gün də onu belə tanıyırıq.

Mənbə:dzen.ru

Tərcümə etdi:Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et