Bu gün:

Naringi meyvəsinin faydaları


Naringinin faydaları saysız-hesabsızdır. Qış aylarının vazkeçilməz ləzzətlərindən biri olan naringi immunitet sistemini gücləndirən, xərçəng ehtimalını azaldan və yeni hüceyrə əmələ gəlməsini dəstəkləyən qidadır. Tərkibindəki A, B vitaminləri, kalsium, lif, kalium, dəmir və fosfor, xüsusilə C vitamini ilə tam sağlamlıq qaynağıdır. Naringinin saysız-hesabsız faydalarından ən yüksək səviyyədə faydalanmaq üçün diqqət etməli olduğunuz detallar da var. Məsələn, qabığı məsaməli olan naringi digər sitrus meyvələrinə nisbətən daha tez su itirir, ona görə də bioavailliyinə görə onu aldıqdan sonra 2-3 gün ərzində istifadə etmək lazımdır. 


Zəngin C vitamini və flavonoid tərkibi sayəsində immunitet sisteminin güclənməsini dəstəkləyir.

Tərkibindəki həll olunan lif olan pektin daha uzun müddət toxluq hissi verir. Araşdırmalara görə, naringi piylənmə problemi olan insanlarda iştahı idarə etməyə kömək edərək, kalori qəbulunu azaldır.


Naringilərin tərkibində olan flavonoidlər də diabetlə mübarizədə rol oynayır. Flavonoidlər xəstəliklərə səbəb olan molekulları neytrallaşdıran antioksidanlardır. Müvafiq hissələrdə (1 porsiya meyvə = 2 kiçik naringi) istifadə edildikdə qan şəkərində dalğalanmaların qarşısını alır və şirniyyat ehtiyacını azaldır.


Mənbə: acıbadem.com.tr

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et