Bu gün:

Nə üçün yaşayırıq?


Niyə səhərlər dururuq, məktəbə və ya işə gedirik, günlərimizi, aylarımızı, illərimizi xərcləyirik? Olduqca çətin suallardır, elə deyilmi?

Ancaq düşünürəm ki, bunlar hər gün özümüzə verməli olduğumuz suallardır. Hər zaman unutmamalı olduğumuz ən vacib sual.

Xoşbəxtlikdən hamı kimi bu sualları verən, eyni zamanda özünəməxsus şəkildə cavab axtaran və bu cavabları nəzəriyyəyə çevirən biri var idi – Abraham Maslow.

Sadə bir üçbucaqla özümüzü qiymətləndirmə bələdçisi yaradan, həyatlarımızı hər kəs üçün sual altına alan bir psixoloq. Bu üçbucağın məşhur adı “Maslow’un Ehtiyaclar İyerarxiyası” dır.

İlk dəfə 1943-cü ildə nəşr olunan bu nəzəriyyə o vaxtdan bəri bir çox dəyişikliklərə məruz qalıb, lakin orijinal şəkildə təqdim olunduğu 5 mərhələli ehtiyaclar iyerarxiyası dəyişməyib. 

1. Fizioloji ehtiyaclar

Bunlar ən ibtidai ehtiyaclarımızdır. Doğulduğumuz anda ehtiyac duyduğumuz şeylər. Yuxu, tənəffüs, qidalanma və s. Bunlar insan bədənində homeostaz adlanan öz tarazlığının qorunması üçün lazımlı ehtiyaclardır.

2. Təhlükəsizlik ehtiyacları

Təhlükəsiz bir mühit. Yenə də bu, körpəlikdən başlayan bir ehtiyacdır. Bunlar insanların həyatları boyunca qarşılamağa çalışdıqları ehtiyaclardır. Təhlükəsiz bir mühitdə yaşamaq, maddi cəhətdən etibarlı olmaq, sağlam olmaq və ya qəza və xəstəliklərdən qorunmaq kimi ehtiyaclar davamlı olaraq davam edir.

3. Sevgi və mənsubiyyət ehtiyacı

Münasibətlərdən danışırıq. Bir əlaqəyə sahib olmaq, yəni həyatınızda birinin olması kifayət deyil. Bu münasibətin müsbət və sağlam bir tərzdə olması lazımdır. Hər mənada. Ailə, dostluq, sevgili, həyat yoldaşı, uşaqlar ilə münasibətlər. Varlığı daha mənalı edən münasibətlər. Əlbətdə ki, əvvəlcə özümüzü sevməyin lazımlığından danışmağa ehtiyac belə yoxdur. Özümüzü sevdiyimiz və özümüzə mərhəmət göstərdiyimiz zaman başqalarının sevgisi və mərhəməti daha mənalı olur.

4. Hörmət görmə ehtiyacı

Yalnız sevgi kifayət deyil. Başqa insanlar tərəfindən sevilməsək də, insan başqalarının ona hörmət etməsini istəyir. Gördüyünüz kimi, bu ən əsas ehtiyaclarımızdan biridir. Burada da bir az daha geniş düşünmək lazımdır. Hörmət dedikdə özünə hörmət, özünə inam və başqalarından aldığımız hörmətdən də danışırıq. Beləliklə, özümüzə hörmət və ya öz hörmətimiz olmadıqda, aşağılıq hissi yaranır və bu başdan bəri başqalarından alacağınız hörməti əngəlləyir.

İndi bir insanın həyatdan bütöv mənada zövq aldığı ən son və bötöv, xoşbəxt olduğunu söyləmək baxımından ən vacib ehtiyacına gəldik. Piramidanın üstünə.

5. Özünü gerçəkləşdirmə ehtiyacı

Bəli. Çoxları tərəfindən bu seçim, lüks və ya hətta lazımsız olaraq görülən özünü gerçəkləşdirmə anlayışı, insanın ən əsas ehtiyaclarından biridir. Maslowa görə də bir insanın hər mənada razı qalması üçün lazım olan bir ehtiyacdır. Özünüzü gerçəkləşdirmək nədir? Bunu sadəcə aşağıdakı kimi tərif edə bilərik:

“Öz potensial və bacarıqlarını tam həyata keçirmək, onları ən yüksək səviyyədə inkişaf etdirmək, həyatı tam yaşamaq, həyatdan zövq almaq".

Mənbə: Dove

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et