Bu gün:

İnancın dəyişdirici gücü – “Plasebo Effekti”


Plasebo effekti – psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti. Latın mənşəli söz olub, xoşbəxt etmək mənasına gəlir. Belə dərmanlara el arasında “şəkər həbləri” də deyilir.

Aşkar olunmuşdur ki, plasebonun müsbət təsirinin gözlənilməsi kimyəvi mexanizm yaradır: beynimiz endorfin (ağrını azaldan və sakitləşdirici effekt yaradan təbii hormon) istehsal etməyə başlayır. Yəni plasebonun fiziki olaraq heç bir müalicə gücü yoxdur. Sadəcə, sahib olduğu müalicə gücünü tamamilə xəstənin verilən dərmanın işə yarayacağına inanmasından alır. Nəticədə ağrı həqiqətən də azalır. İndi alimlər öyrənməyə çalışırlar ki, nə üçün plasebo hamıda eyni reaksiya doğurmur?

Daha yaxşı başa düşmək üçün gəlin plasebo effekti yaratmış bəzi hadisələrə nəzər salaq:

Hadisə № 1

Maşınqayırma fabrikində bir fəhlə öz yoldaşı ilə zarafat etmək üçün dəmir disklərinin birini rezin disklə əvəz edir, lakin onun dəmirdən seçilməməsi üçün onu həmin rəngdə rəngləyir. Lakin, zarafatın sonu dostunun ölümü ilə bitir. Belə ki, iş zamanı rezin disk sürüşür və fəhlənin başına dəyir. Fəhlə elə bilir ki, disk həqiqətən də dəmirdəndir və onun ürəyi bu qorxudan dayanır. Fəhləni öldürən dəmir diskin özü olmamışdı, bu haqda fikri olmuşdu.

Hadisə № 2

Orta əsrlərdə fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamısını edam etməyə zaman olmurdu. Bunun üçün belə bir üsuldan istifadə edirdilər. Əslində, tərkibi təbaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. Həqiqətən də insanlar tezliklə ölürdülər. Sonrakı tədqiqatlar göstərir ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə aşkar edilmişdir. Yəni mədəaltı vəzi özü lazımı zəhəri hazırlamışdı.

Bundan başqa, nosebo effekti adlanan təsir forması da var ki, bu da plasebonun əksi kimi izah olunur. Yəni xəstənin psixoloji olaraq verilən dərmanın ona zərər verəcəyini düşünməsi ilə ortaya əks göstərişlərin çıxması halıdır.

Mənbə: Britannica.com

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et