Bu gün:

Hipotermiya nədir? Səbəbləri və simptomları


Yetkin bir insanın normal bədən istiliyi təxminən 37° C-dir. Bu temperatur 35° C-dən aşağı düşdükdə hipotermiya baş verir. Hipotermiya bədənin uzun müddət yarada biləcəyindən daha çox istilik itirdikdə baş verir.

Bu vəziyyət adətən soyuq, küləkli havada, soyuq suda və ya soyuq evdə uzun müddət qalan insanlarda baş verir. Bununla belə, bədən düzgün geyimlə kifayət qədər qorunmazsa, hətta yağış və tər də temperaturumuzu azalda bilər. Şiddətli hipotermiya həyati təhlükəsi olan bir vəziyyətdir, çünki bir insanın həyat fəaliyyəti üçün vacib olan orqanların işləməməsinə səbəb ola bilər

Hipotermiyaya səbəb nədir? Bədən istiliyinin qeyri-adi düşməsinə səbəb olan bəzi amilləri aşağıdakı kimi sıralamaq olar: 

1. Hava şəraitinə uyğun olmayan geyim, aşağı hava temperaturu.    

2. Soyuq havada idman

3. Uzun müddət soyuq suda qalmaq(isti havalarda belə) 

4. Xüsusilə körpələrdə və gənc uşaqlarda: yaş və ya nəm paltar. 

5. Bədəndə geniş yanıqların olması


Mənbə: Medicalpark 

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et