Bu gün:

Pişiyinizi soyuqdan necə qoruya bilərsiniz?


Qışda hava şəraiti çətinləşməyə başlayanda ağla gələn ilk məsələlərdən biri də balaca dostlarımızın üşüyüb üşüməməsidir. Xüsusilə, evdə saxlanılan və ya küçədə yaşayan pişik dostlarımızın tüklərinə görə soyuqdan qorunduğu düşünülür. 

Bütün canlılar kimi pişiklərin də rahat və təhlükəsiz yaşamaq hüququ var. Ancaq ömrünü küçədə keçirən və ya evdə saxlanılan, lakin soyuqluğu nəzərə alınmayan pişiklər qışda sərt hava şəraiti ilə baş-başa qala, soyuqda ciddi problemlər yaşaya bilər. Bu səbəblə qış mövsümünə girmədən əvvəl pişiklər soyuq havalara qarşı tədbir alırlar. Lakin bu tədbir çox vaxt kifayət etmir. Xüsusilə, qış gecələrində pişiklərin hipotermiyaya məruz qalma ehtimalı yüksəkdir. Bu balaca dostlarımızı soyuqdan qoruya biləcək ilk və ən vacib üsul pişik evləridir. Biz həm ev pişiyiniz, həm də küçə pişikləri üçün yumşaq və isti pişik evi təmin etməklə sevimli dostlarımız üçün gözəl və sığınacaqlı bir ev hazırlaya bilərik. Pişikləri soyuqdan necə qorumaq olar?

"Pişiklər üşüyürmü? "sualına bəli cavabını verə bildiyimiz üçün diqqət yetirməli olduğumuz digər məsələyə keçə bilərik. Pişikləri soyuqdan və soyuqdan yarana biləcək hipotermiyadan qorumaq üçün pişiklərin normadan aşağı temperaturda onları isti saxlayacaq bir ərazidə qalmaları vacibdir. Ev pişiklərinin soyuqluq problemi ilə qarşılaşma ehtimalı az olsa da, küçədə yaşayan pəncəli dostlarımız üçün pişikləri soyuqdan qorumaq üsullarını sınaya bilərik. Bunlardan ən əhəmiyyətlisi, əlbəttə ki, pişik evləridir. 

Mənbə: Bigcattr 

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et