
Henry Gwyn Jeffreys Moseley istedadlı bir fizikdir, gənc yaşlarında döyüşərək öldüyü üçün işi yarımçıq qalıb. 1913-cü ildə qurduğu mexanizmdən istifadə edərək, protonların sayının elementlərin xassələrini təyin edən əsas amil olduğunu göstərib. Bu kəşf “atom nömrəsi” adlanan əsas xüsusiyyətin o vaxta qədər düşünüldüyü kimi elementin dövri sistemdəki yerindən daha çox olduğunu göstərdi və ilk dəfə dövri cədvələ məna verdi. Bu yolla Moseley həm fizika, həm də kimya sahələrini dəyişdirib.
1914-cü ildə Oksford Universitetinin fizika fakültəsinə rəhbər vəzifəsi ona verilib, lakin Moseley həmin il I Dünya Müharibəsi başlayanda könüllü olaraq Britaniya ordusuna qatılıb. 1915-ci ildə Geliboluda cəmi 27 yaşında vəfat etdi. 1916-cı ildə veriləcək Nobel mükafatları müharibə səbəbindən ləğv edildi. Halbuki, Henry Moseley sağ olsa idi və müharibə şərtləri mükafatları ləğv etməsə idi, onun bu mükafatlardan birini alacağı ehtimalının çox yüksək olduğu düşünülür.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Tahirə Bağırzadə
