Bu gün:

Kartof qızartması necə yarandı?


Ümumi inanca görə, Belçikadan keçən Meuse çayı insanların tez-tez balıq tutduğu və yemək yediyi çaydır. Camaat tutduqları balıqları qızardaraq yeyirmiş, 1680-ci ildə qış aylarında çay donduğunda isə kartof qızardaraq yeməyə başlayıblar. 

Kartof qızartması belə yaranıb. Birinci Dünya Müharibəsi zamanı Belçikadakı amerikalı əsgərlər kartof qızartması yeyərək heyrətlənirdilər. Belçikada istifadə edilən dominant dillərdən biri olan fransız dilini tez-tez eşitdikləri üçün öz aralarında kartof qızartmasını "Fransız qızartması" adlandırmağa başladılar. Bu adla Amerikaya və bütün dünyaya yayıldı.

Liege Universitetindən kulinariya tarixçisi Pierre Leclercq deyir ki, hekayə "məntiqli deyil". Çünki, əfsanə doğru olsa belə, o, deyir ki, bunun 1680-ci ildə deyil, 1739-cu ildə baş vermə ehtimalı daha çoxdur. 

1735-ci ilə qədər rayonda kartof yaxşı tanınmırdı. Leclercq üçün hekayə ilə bağlı başqa bir problem kərə yağı ilə bağlıdır. 18-ci əsrdə Kərə yağı baha idi, heyvan mənşəli yağlar nadir idi, daha ucuz bitki yağları isə az istifadə olunurdu. Bu səbəbdən də kəndlilər yağı israf etmədən birbaşa çörək və ya şorbada yeyirdilər. 

"Beləliklə, kasıb insanların qızartma üçün yağdan istifadə etməsi fikri şübhə doğururdu."

Mənbə: Lezzet
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et