Bu gün:

İmmun sistemimizi qışa hazırlayan qidalar



Qışda bol yağış və qar yağmalı, həm də təbiəti yaz və yaya hazırlamalıdır. Amma mütləq bizim üzərimizə düşən vəzifələr də var. Orqanizmimizi və ilk növbədə immun sistemimizi qışa hazırlamalıyıq. Bunun yolu tez-tez qış apteklərinə, yəni bazarlara, tərəvəzçilərə baş çəkməkdən keçir. – Bəs o "apteklərdə" nə var? Maraqlıdırsa, "5 qış dərmanı" haqqında oxuyaq.

Portağal: Sağlamlığın dostu.
Qış möcüzələrindən danışarkən sitrus meyvələrini (portağal, naringi, limon və qreypfrut) qeyd etməmək ədalətsizlik olardı. Bu qrupdakı meyvələrə qarşı etdiyimiz başqa bir haqsızlıq da onları yalnız C vitamini ehtiyatı kimi düşünməkdir. Onlar alma kimi çoxlu polifenol və flavonoid komponentlərini ehtiva edir. Limonenlər və tangelin onlardan yalnız bəziləridir.
Onların demək olar ki, hamısında qabıq və daxili hissə arasında yerləşən ağ hissədə çoxlu sağlamlıq möcüzəsi arginin var. Yəni demək olar ki, hamısı liflə zəngin meyvələrdir. Sitrus meyvələrindən faydalanarkən sadəcə qabığını soyub yeməklə kifayətlənməyin, qabıqlarından da faydalanmağın yolunu tapın. Çünki onların hamısının qabıqlarında təkcə gizli ləzzətlər deyil, həm də gizli sağlamlıq nemətləri var.

Nar: Güc mənbəyidir.
Qış möcüzələri siyahısında mütləq nara yer ayırmalısınız. Nar o məşhur tapmacada deyildiyi kimi “bazardan aldım bir dənə, içini açdım min dənə” kimi dadlı meyvədir. İçində bir yox, min möcüzə var.
İstəyirsinizsə, toxumda olan omeqa-5 yağ turşularından başlayaq. Punicic turşusu olaraq da bilinən Omeqa-5 yağ turşuları narın ən vacib sağlamlıq komponentidir. Elə buna görə də nar çəyirdəyi yağı bir çox ölkədə omeqa-5 kapsulları şəklində sağlamlıq dəstəyi olaraq apteklərdə satılır. Əslində, tezliklə dərman kimi istifadə ediləcək. Omeqa-5 yağlarının gücü sayəsində nar çəyirdəyi yağının saç və dəri problemlərinə də xeyirli olduğu və immuniteti gücləndirdiyi bilinir.

Kök: Gözə çox xeyirlidir.
Yerkökü tərkibindəki zəngin beta-karoten quruluşu sayəsində göz sağlamlığını gücləndirir. Xüsusilə, beta karotindən istehsal olunan A vitamini sayəsində gecə görmə qabiliyyətini dəstəkləyir. Beta karotenin ağciyər və uşaqlıq boynu xərçəngi kimi bir çox xərçəngdən qoruyan güclü antioksidant olduğunu da bilirik.
Məşhur tibb bacılarının uzun illər Amerikada apardıqları sağlamlıq araşdırmalarında da göstərilib ki, beta-karotinlə zəngin pəhriz insult riskini əhəmiyyətli dərəcədə azaldır. Çiy yeyilən kökün glisemik yükü gözlənilən qədər yüksək deyil. Glisemik yük bişmiş yerkökü ilə problemə çevrilə bilər, buna görə də çəki probleminiz varsa, qorxmadan salatlarınıza daha çox yerkökü əlavə edə bilərsiniz.

Balqabaq: Əla mulivitamin.
Yaşlananları gözləyən mühüm təhlükələrdən biri də gözlərdə makula degenerasiyasıdır. Bu xəstəliyin qarşısını almaqda təsirli olan bəzi təbii maddələr var. Lutein və zeoksantin bunlardan ən əhəmiyyətliləridir. Balqabaq luteinlə zəngin qidalardan biridir. Soyuq qış masalarında balqabaq şorbası ilə yeməyə başlamaq və sonra şəkər əlavə etmədən balqabaq deserti ilə bitirmək əla seçim ola bilər.

Kələm: Hər bir dərdə dava.
Kələm kulinariya mədəniyyətimizin əsas oyunçularından biridir. Biz onun salatını və turşularını çox sevirik, amma xüsusilə içliklərindən heç vaxt imtina edə bilmərik. Şorbaları, qaynadılmış yeməkləri və şirəli kələm yeməklərini bir kənara qoyub sağlamlığa faydalarından danışaq.
Kələmin tərkibində çoxlu sağlamlıq komponentləri var ki, onlardan ən əsası indol-3-karbinol kimi tanınır. Bu maddə tam təbii möcüzədir və dərmandır. Onun xərçəngdən qoruyucu faydalarını sübut edən yüzlərlə araşdırma var. Kolon və prostat xərçəngindən qorunmaqda da işləyir, lakin qadınları döş xərçəngindən qoruduğunu göstərən tədqiqatlar xüsusilə diqqətəlayiqdir. Qadınlar nə qədər çox kələm istifadə edərlərsə, bir o qədər çox indol-3-karbinol qazanaraq döş xərçənginin qarşısını alır.
Sümük gücləndirici təsiri onun kalsium zənginliyi ilə məhdudlaşmır, kələm də K vitamini ilə də zəngin qidadır. Bu səbəbdən, sümük sağlamlığına gəlincə, K vitamini də burada əsas rol oynayır.

Mənbə: hürriyyət. 
Tərcümə etdi: Nuray Mürsəlova.































Paylaş
Şərh əlavə et