Bu gün:

İtlər üçün təhlükəli olan qidalar




Biz itlərimizlə yemək paylaşmamağın çətin olduğunu bilirik, lakin bəzi insan qəlyanaltıları (kiçik dozalarda təhlükəsiz olsa da) itlər üçün təhlükəlidir.

İtlər üçün çox təhlükəli qidalar:

1. Popkorn
Sadə, yağsız və duzsuz popkorn az miqdarda istifadə edildikdə itiniz üçün heç bir problem yaratmayacaq. Amma gəlin düzünü deyək, adi, yağsız və duzsuz popkorn nə qədər yeyirsiniz?

Popkornda olan yüksək yağ və natrium səviyyələri itlərdə qısa müddətli susuzluğa və uzunmüddətli piylənməyə səbəb ola bilər. Bundan əlavə, bərk, açılmamış qarğıdalı onların dişlərinə və diş ətlərinə zərər verə bilər.
Bunun əvəzinə, aşağı kalorili it qəlyanaltıları hazırlaya və ya təhlükəsiz, xırtıldayan qəlyanaltı üçün ona qurudulmuş meyvə və ya tərəvəz dilimləri verə bilərsiniz.

2. Avokado
Avokadonun itlər üçün təhlükəli olmasının
əsas səbəbi qabığında və yarpaqlarında olan persindir. Persin insan olmayan məməlilər üçün təhlükəli olan, yağda həll olunan toksindir. Mütəxəssislər bildirirlər ki, persinə həssas olan ev heyvanları tənəffüs çətinliyi, tıxanıqlıq, ürək ətrafında maye yığılması ilə qarşılaşa bilər.
Beləliklə, qabığı və yarpaqlarından uzaq dursanız, avokado itlər üçün təhlükəsizdir. Buna görə də, məsələn, it qidasının tərkib hissəsi kimi heç bir problem yoxdur.
Yenə də evdə itiniz üçün hazırladığınız qəlyanaltı reseptlərində avokadodan uzaq durun. Avokado yerinə balqabaq püresi istifadə edə bilərsiniz.

3. Xurma, şaftalı və gavalı
Bu meyvələrin problemi onların toxumlarındadır. Xurma toxumları itlərin nazik bağırsaqlarında problem yarada bilər. Bağırsaqlarının tıxanma ehtimalı da var. Onlar toxumları həzm edə bilmədiklərinə görə şaftalı və ya gavalı toxumlarını yedikdə də narahatlıq yarana bilər. Bundan əlavə, şaftalı və gavalı toxumlarında həm insanlar, həm də itlər üçün zəhərli olan siyanid var.

4. Üzüm
Üzüm itlər üçün ən zəhərli qidalardandır. İtlər üçün təhlükəli olan bütün qidalardan hamımız üçün ən pis və ən təəccüblü yeməklərdən biridir.
Üzüm itlərdə böyrək çatışmazlığına və hətta ölümə səbəb ola bilər və bunun nə üçün bütün itlərə deyil, bəzi itlərə təsir etdiyi bilinmir.
Üzüm əvəzinə itinizə qaragilə verə bilərsiniz. Qaragilə, xüsusilə yayda dondurulmuş qəlyanaltılar üçün əla alternativdir.

5. Soğan və sarımsaq
Sarımsaq və soğan Allium bitki ailəsinə aiddir və bu ailənin bitkiləri təzə, bişmiş, qurudulmuş və ya toz halında itlər üçün zəhərlidir.
Allium bitkiləri itlərin qırmızı qan hüceyrələrinə zərər verir, oksigen axınını azaldır və həmçinin orqan zədələnməsinə səbəb ola biləcək anemiyaya səbəb ola bilir.

6. Pomidor və çiy kartof
Yetişmiş pomidor itlər üçün təhlükəli qidalar siyahısında deyil, lakin itiniz yaşıl, yetişməmiş pomidoru və ya pomidor bitkisinin yarpaqlı yaşıl hissəsini (gövdələri daxil olmaqla) udsa, diqqətli olun. Yetişməmiş pomidor və pomidor bitkilərində solanin adlı bir toksin var ki, bu da mədə-bağırsaq traktında narahatlıq, letarji və yorğunluq yarada bilər.
Yaşıl kartof da eyni problemə səbəb ola bilər, buna görə də itinizə hərdən bir qaşıq kartof püresi vermək yaxşı olsa da, heç vaxt onun çiy kartofu gəmirməsinə icazə verməyin.
Bunun əvəzinə sağlam nişasta mənbəyi kimi bişmiş şirin kartof dilimlərini təklif edə bilərsiniz.

7. Çay və qəhvə
Süddə, tünd və ya ağ şokoladın tərkibində olan teobrominin itlər üçün zəhərli olduğunu hamımız bilirik, lakin kofeinin də itlər üçün ən təhlükəli qidalardan biri olduğunu bilirdinizmi? Kofein güclü bir stimullaşdırıcıdır və ev heyvanlarında qusma, ishal, artan susuzluq, narahatlıq və ürək döyüntüsü yarada bilər.
Erkən müalicə daha ciddi problemlərin qarşısını almaq üçün açardır, buna görə də itinizin qəhvə, çay və ya enerji içkiləri tükətdiyini görmüsünüzsə, simptomların görünməsini gözləməyin. Dərhal baytara gedin.

8. Süd məhsulları (pendir daxil olmaqla)
Pendir itlər üçün məşhur bir təlim vasitəsidir və itlər üçün ən təhlükəli qidalardan biri deyil. Bununla belə, çox pendir istifadəsi uzun müddətdə piylənməyə və qalıcı mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

9. Şəkərsiz saqqız
Burada problem bir çox şəkərsiz şirniyyat və saqqızlarda istifadə edilən bir dadlandırıcı olan Ksilitoldur. Ksilitol şəkərə çox məşhur bir alternativdir və itlər üçün ölümcüldür.
Ksilitolun qəbulu həyati təhlükəsi olan hipoqlikemiyaya (təhlükəli aşağı qan şəkəri) səbəb olur. Sizə tövsiyəmiz odur ki, saqqızınızı harada saxladığınıza diqqət yetirin və xüsusilə itinizlə paylaşırsınızsa, aldığınız şəkərsiz qidaları yoxlayın ki, tərkibində ksilitol var. (Məsələn, şəkərsiz fıstıq yağı)

Mənbə: patilioteller 
Tərcümə etdi: Nuray Mürsəlova














































Paylaş
Şərh əlavə et