"Fəryad" rəsmi kimin əsəridir? Sualın cavabını ekspressionizm cərəyanının nümayəndələrindən biri olan rəssam Edvard Munk kimi vermək olar. Rəsmlərində duyğuları çox gözəl əks etdirən Munk tək bir mövzu və məzmunla məhdudlaşmamış, daxili duyğuları xarici ifadələrlə özünəməxsus və maraqlı şəkildə təsvir etmişdir.
"Fəryad" rəsm əsəri nəyi təsvir edir?
Ümumi rəyə görə, “Fəryad” rəssam Munkun öz ekzistensial sıxıntısını və əzabını ən yaxşı şəkildə təsvir etdiyi əsərdir. Narıncı və qırmızı çalarların səmanı bürüdüyü rəsmdə hər iki əli başının arasında bir fiqur dayanır. Kişi və ya qadın olması bəlli olmayan bu fiqurun üz cizgiləri kifayət qədər qorxunc görünür. Qorxunc fiqur qışqırır, amma onun arxasında duran iki nəfər kifayət qədər sakit görünür. Eyni zamanda məsafədə gəminin olması diqqət çəkir. Şəkildəki iki nəfər və gəmi sakit görünsə də, bütün atmosferi qorxu hakim edir.

"Fəryad" tablosu birdən-birə çəkilmiş rəsm deyil. Munk bu əsərində həyatı boyu şahidi olduğu, yaşadığı, gördüyü və eşitdiyi hər şeyi bu əsərə köçürüb. "Fəryad" tablosu onun digər əsərlərində yaşadığı bütün ağrıları ən yaxşı şəkildə əks etdirirdi.
"Fəryad" rəsminin sirri
Edvard Munkun tablosu üzərində aparılan araşdırmalar zamanı rəsmin yuxarı sol küncündə sirli yazı tapılıb. Bu məqalənin nə olduğunu öyrənmək üçün geniş axtarış aparıldı. Şəklin yuxarı sol hissəsində “yalnız dəli çəkə bilər” mənasını verən ifadə var idi.
Mənbə: artucky
Tərcümə etdi: Nəzri Süleymanova
