Mirvari Sırğalı Qız holland rəssamı Connes Vermeerin şah əsərlərindən biridir. "Şimalın Mona Lizası" və ya "Hollandiya Mona Lizası" adlanan əsərin əsas nöqtəsi mirvari sırğadır. Amma bu əsəri bu qədər diqqətəlayiq edən mirvari sırğadan daha çox şeydir.
"Mirvari Sırğalı Qız" əsərinin hekayəsi

17-ci əsrin ortalarında Hollandiyada yaşayan, adı hələ də məlum olmayan və atası iş qəzası nəticəsində kor olduqdan sonra ailəsini dolandırmaq məcburiyyətində qalan “Mirvari Sırğalı Qız” Connes Vermeerin evində qulluqçu kimi işə başlayır. Qızın rəsm və rənglərə olan marağı Vermeerin diqqətini çəkir. Əvvəlcə emalatxanaya yalnız təmizlik üçün girən qıza zamanla rəngləri qarışdırmaq öyrədilir. Bu vəziyyət həyat yoldaşının və Vermeerin sevilməyən böyük qızının diqqətini çəkir. Beləliklə, qısqanclıq və düşmənçilik hissləri yaranır. Arvadının belə girməyə icazəsi olmayan emalatxanaya qulluqçu qızın grib- çıxmaması gərginliyi daha da artırır.
Ailənin varlı qohumlarından biri Vermeerdə rəsm sifariş verir. Nəticədə sözügedən əsər ərsəyə gəlir. Bu məşhur tabloda insanın diqqətini cəlb edəcək hər şey var: sirr, haram sevgi, estetik gözəllik, kitab və seriallara mövzu olacaq hekayə. Gündən-günə populyarlaşan bu əsəri Haaqadakı Mauritşuilərə gedib görə bilərsiniz
Mənbə: İnsanca akademi
Tərcümə etdi: Nəzri Süleymanova
