Bu gün:

Hava çirkliliyi



Havanın çirklənməsi atmosferdə bərk, maye və qaz halında olan yad maddələrin insan sağlamlığına, yaşayış həyatına və ekoloji tarazlığa zərər verəcək miqdarda, sıxlıqda və uzun müddət ərzində olmasıdır. Hava təbəqəsi insanların müxtəlif fəaliyyətləri nəticəsində istehsal və istehlak fəaliyyətləri zamanı əmələ gələn tullantılarla çirklənir, yer üzündə canlı həyatına mənfi təsir göstərir.

 

Hər il 7 milyon insan havanın çirklənməsi səbəbindən ölür.

 

İstilik məqsədləri üçün aşağı kalorili və yüksək kükürdlü kömürlərin geniş yayılması və yanlış yandırma üsullarının tətbiqi havanın çirklənməsinə səbəb olur.

 

Avtomobillərin havanı çirkləndirməsi:


Əhalinin artması və gəlir səviyyəsinin artması ilə paralel olaraq sürətlə artan avtomobil nəqliyyatı vasitələrinin işlənmiş qazları hissəciklər  və azot dioksidi kimi havanın çirklənməsinin mühüm amili təşkil edir.

 

Sənayedən havanın çirklənməsi:


Sənaye obyektlərinin yaradılmasında yerin səhv seçilməsi, ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməməsi (baca filtrinin olmaması, təmizləyici qurğunun olmaması və s.), müvafiq texnologiyalardan istifadə edilməməsi, enerji istehsalında keyfiyyətsiz və yüksək kükürdlü yanacaqlardan istifadə edilməsi, yanma qurğuları havanın çirklənməsinə səbəb olur.

 

Mənbə: wikipedia

Tərcümə edən: Gülay Qəribova

Paylaş
Şərh əlavə et