Bu gün:

Dəmir çatışmazlığı anemiyası nədir?


Dəmir çatışmazlığı anemiyası insan orqanizmində kifayət qədər miqdarda qırmızı qan hüceyrələrinin olmamasına verilən ümumi addır və anemiyanın bir alt növü kimi tanınır.

 Qırmızı qan hüceyrələrinin funksiyası insan bədəninə və bədəndəki toxumalara oksigeni daşımaqdır.
Ümumi adından da göründüyü kimi, dəmir çatışmazlığı anemiyasının səbəbi bədəndəki dəmir miqdarının normal səviyyədən aşağı olmasıdır.


Əgər insan orqanizmi üçün lazım olan dəmir bədəndə azdırsa, qırmızı qan hüceyrələri bədənin ehtiyac duyduğu toxumaları oksigenlə təmin etməyə kömək edən hemoglobin istehsal edə bilməz. Nəticədə insan özünü yorğun, halsız hiss edir və ümumiyyətlə nəfəs darlığı yaşayır.
Dəmir çatışmazlığının simptomları:
Deyə bilərik ki, dəmir çatışmazlığı əlamətlərinin iki fərqli növü var. Biri qanda dəmir çatışmazlığı əlamətləri, digəri isə anemiya ilə müşayiət olunan əlamətlərdir.
Məlumdur ki, vitamin və minerallar dəri sağlamlığı üçün çox vacibdir. Dəmir çatışmazlığı səbəbindən saçlar qırılmağa başlayır, quruyur və parlaqlığını itirir. Saç kimi dəri də quruyur, solğunlaşır, saralır və qeyri-sağlam görünüş əldə edir. Dəmir çatışmazlığı nəticəsində dırnaqlar qırılır və uzanmır. Vitamin çatışmazlığının ümumi simptomlarından biri ağızdakı yaralardır. Ağızda yaralar dəmir çatışmazlığında da yaranır. Ağız yaralarından başqa dodaqlarda da çatlar əmələ gələ bilər.

Dəmir çatışmazlığı olan insanlar necə qidalanmalıdırlar?
• C vitamini bədəndə dəmirin sorulmasını artırır və asanlaşdırır. Ona görə də yeməklərimizlə birlikdə C vitamini olan məhsullardan istifadə etməliyik.
• Yemək bişirmək və saxlamaq üçün istifadə etdiyimiz məhsulların alüminium və ya polad kimi məhsullar olmamasına diqqət yetirməliyik.
• Paxlalıları və ət məhsullarını çox bişirməməliyik. Həddindən artıq bişirilən bu məhsullar dəmirin udulmasını azaldır.
• Çay və qəhvəni yeməklə birlikdə qəbul etməməliyik.
• Daha çox yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etməliyik.
• Səhər yeməyimizə və yeməklərimizə bəhməz, yumurta kimi qidaları daxil etməliyik.
• Qəlyanaltı zamanı qurudulmuş meyvə və ərik kimi məhsulların istehlakı gündəlik dəmirin udulmasını artıran qidalardır.

Bədəndə dəmir çatışmazlığı nələrə səbəb olur?
Dəmir çatışmazlığı bədəndə qırmızı qan hüceyrələrinin istehsalını azaldır, bədəndəki toxumalara adekvat oksigen nəqlinin qarşısını alır. Toxumalardan da göründüyü kimi bura bizim hüceyrələrimiz və orqanlarımız daxildir. Dəmir çatışmazlığı anemiyası insanı halsız və yorğun edir. Bəzən danışarkən belə nəfəsini idarə edə bilmir və tez yorulur. Bu nəfəs darlığı problemlərinə səbəb ola bilər.

Mənbə: Npistanbul

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et