Ürək xəstəliyi ürəkdə meydana gələn və ona təsir edən hər hansı pozğunluğu əhatə edən bir termindir. Ürək xəstəlikləri başlığı altında koronar arteriya xəstəliyi, ürək ritm problemləri (aritmiya), həmçinin anadangəlmə ürək qüsurları kimi damar xəstəlikləri var.
Ürək xəstəliyi termini çox vaxt ürək-damar xəstəliyi termini ilə əvəz olunur.Aterosklerotik ürək xəstəlikləri (ürək damarlarında kalsifikasiya və tıxanma nəticəsində yaranan) yüksək qan təzyiqi, yüksək qan lipidləri və diabet kimi bütün bədən sistemlərini (metabolik) narahat edən xroniki xəstəliklərdən qaynaqlanır.Ürək ritminin pozulması ürəyin fəaliyyətində mühüm rol oynayan neyron şəbəkədə keçiriciliyin pozulması nəticəsində inkişaf edir (atrial fibrilasiya, qulaqcıq və mədəcik arasında sinir blokları).Yeni doğulanlarda anadangəlmə ürək xəstəlikləri tez-tez olur.
Mənbə:florence
Tərcümə etdi:Aynur Mikayılova