Bu gün:

Təbii incilər necə əmələ gəlir?


Qədim zamanlardan insanlar tərəfindən qiymətli zinət əşyası kimi istifadə edilən təbii mirvarilərin əksəriyyətinin mənbəyi dənizdə yaşayan istiridyələrdir. İstiridyə dənizdə yaşayan, molyuska budağına aid olan qabıqlı canlılardır. 

İstiridyənin içərisində mirvarinin əmələ gəlməsi, əslində, istiridyənin bir növ özünü qoruma mexanizminin nəticəsidir. Qum dənəsi və ya qabığından istiridyəyə daxil olan hər hansı bir hissəcik istiridyə tərəfindən yad maddə kimi qəbul edilir. İstiridyə özünü qorumaq üçün bu yad maddəni "mirvari anası" adlanan sərt, bərk, möhkəm və parlaq mineral sədəflə sarmağa başlayır. Zaman keçdikcə daha çox sədəflə örtülmüş bu yad cisim sonunda parlaq və sərt bir daşa çevrilir. Bu daşa mirvari və ya inci deyilir.

Sədəf nədir? Sədəf necə yaranır?

Mineral sədəf, adətən, qabığın daxili təbəqəsini qorumaq üçün istiridyələr tərəfindən istehsal olunur və araqonit adlanan bir növ kalsium karbonat kristalından ibarətdir. Sədəf mirvari əmələ gətirməklə yanaşı, istiridyə qabığının daxili təbəqəsinə də rəng verir.

Bir mirvari neçə ildə əmələ gəlir?

Mirvari əmələ gəlmə müddəti istiridyənin yaşadığı mühit şəraitindən asılı olaraq dəyişir. Bu gün təbii yolla mirvari istehsal edən istiridyələrə mülayim və isti bölgələrin dənizlərində rast gəlinir. Süni hovuzlarda mirvari istehsalı da mümkündür. Bu mirvarilərin əmələ gəlməsi orta hesabla 3-7 il çəkir. Yabanı mirvarilərin əmələ gəlməsi orta hesabla 7 il, keyfiyyətsiz mirvarilər isə orta hesabla 1 il ərzində əmələ gəlir.

Mənbə: TÜBİTAK Bilim Genç, Sabah

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et