Bu gün:

Kofe günün hansı saatlarında içilməlidir?



“Səhər qəhvə içmədən oyana bilmirəm” deyirsinizsə, diqqətli olun. Səhər acqarına qəbul edilən qəhvə mədə narahatlığına, yuxusuzluğa və əsəbiliyə səbəb ola bilər. 

Kofe günün hansı saatlarında içilməlidir?

Kortizol hormonunun səviyyəsi bizi oyandırmaq üçün bədənimizin inkişaf etdirdiyi bir mexanizm olaraq günün müəyyən saatlarında artır. Qəhvə səhər yeməyindən sonra və kortizol (stress hormonu) istehsalının ən yüksək səviyyədə olduğu (08.00-09.00), (12.00-13.00) və (17.30-18.30) saatlarından başqa saatlarda qəbul edilməlidir.

Dünyanın ən məşhur içkilərindən biri olan qəhvə gündə nə qədər istifadə edilməlidir?

Gündə orta hesabla 300-400 mq kofein qəbulu, ümumiyyətlə, təhlükəsizdir (500 mq çox qəbul edilməməlidir). 

Qəhvənin növündən asılı olaraq dəyişsə də, orta hesabla bir fincan qəhvədə 80 - 200 mq kofein var.

Orta hesabla 3-4 fincan qəhvə içə bilərsiniz.

Qəhvənin faydaları nələrdir?

• Depressiyanın qarşısını alır. 

• Zehni performansı artırır. 

• Astma tutmalarını azaldır.

• Metabolizmi sürətləndirir.

• Bağırsağı sakitləşdirir. 

• Təbii antioksidantlar. 

• Tərkibində kalium, niasin, maqnezium, dəmir və manqan kimi minerallar var.

Qəhvəni çox qəbul edildikdə hansı sağlamlıq problemlərinə səbəb ola bilər?

•Qaydasız və ya sürətli ürək döyüntüsü

•Qan təzyiqi

•Yuxusuzluq, əsəbilik

•Mədə narahatlığı

•Qan təzyiqinin artması

•Vitamin və mineralların itirilməsi kimi mənfi təsirləri var. 

•Həmçinin hamilə qadınlarda uşaq düşməsinə səbəb ola bilər.

Mənbə: MEDİPOL Sağlık Grubu

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et