
Hər bir insan zaman-zaman asqırır. Gah soyuqda, gah istidə, gah evdə, gah çöldə. Bəzən böyüklər bunun niyə baş verdiyi barədə müxtəlif məlumatlar deyirlər. "Məncə soyuqdəymisən", " Burnuna qara bibər qoxusu ilişib", "Toz olub, yəqin" kimi şeylər deyirlər.
Bəs bunun elmi izahı nədir? Niyə asqırıq?
Nəfəs aldığımız zaman hissəciklər burnumuza daxil olur və burnumuzun selikli qişasına yapışır. Bu, burundakı sinir hüceyrələrimizi narahat edir və hüceyrələr qaşınma səbəbini xaric etmək istəyir. Bunu güclü bir püskürtmə ilə etdiyiniz zaman asqırma deyilən şey baş verir.
Bəzən bir dəfədən çox asqırıq. Bu, narahat edicinin bir dəfə asqırmaqla atılmadığı zaman baş verir. Maddə selikli qişadan çıxana qədər insan bir neçə dəfə asqırır. Hər bir insanın burnunu qıcıqlaran səbəbi asqırmaq qabiliyyəti fərqlidir.
Məsələn, fikir vermisinizsə, allergiyası olan insanlar çox asqırırlar. Çünki onların burunları allergiyası olmayanlara nisbətən daha çox şeydən narahat olur və onları daim çölə atmaq istəyirlər. Əgər asqırma onu xaric edərkən kifayət qədər güclü deyilsə, insan hətta 10 dəfə belə asqıra bilər.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
