Bu gün:

Dünyanın ilk kitabxanası-Ninova


Kitabxanaçılıq minilliklər əvvəlinə dayanan bir peşədir. Tədqiqat və tapıntılara görə, kitabxanaçılığın ilk dəlilləri e.ə. 2500-cü illərə aiddir. Kitabxanaçılığın ilk nümunələri mixi yazı ilə lövhələrdə yazı yazan şumerlərə və heroqliflə yazılmış dövlət müqavilələri olan misirlilərə aiddir. Kitabxanaçılıq nümunələri bu illərə gedib çıxsa da, bu sənədlər daha çox məbədlərdə, türbələrdə və ya tikililərdə tapıldığı üçün kitabxana sayılmır. Kitabxana adlanmaq üçün onlar sistemli bir strukturda olmalıdırlar. Bəs o, dünyanın ilk kitabxanasını kim, nə vaxt və harada qurmuşdur? 

İlk kitabxananı quran şəxs Assurların son kralı kimi tanınan Aşurbanipaldır. Eradan əvvəl 626-cı ildə Assuriyanın paytaxtı Ninovada yaradılmış kitabxanada aparılan qazıntılar zamanı 30 mindən çox lövhə tapılıb.  

Müharibə ilə yanaşı elmə də əhəmiyyət verən Aşşurbanipal, katiblərinə tapdıqları bütün yazılı sənədləri Ninova Kitabxanasına gətirmələrini əmr etdi. 

Ninova Kitabxanasında tapılan ən mühüm əsərlərə Yaradılış və Gilqameş Dastanı daxildir. Bundan əlavə, kitabxanada atalar sözləri, dualar, sehrlər, məktublar, ticarət sənədləri, qanunlar, lüğətlər, mifologiya və tibbi sənədlər də aşkar edilmişdir. 

Ninova Kitabxanasının xarabalıqları 1850-ci ildə Mosul ətrafında aparılan qazıntılar zamanı britaniyalı Osten Henri Leyard tərəfindən aşkar edilib. Bu gün tapılan təxminən 20 min tablet İngiltərədəki Britaniya Muzeyindədir. 

Mənbə: Bilimcini

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et